SON XƏBƏRLƏR

İranda olmayan hadisə. Əhmədinəjadın kabinetində 3 qadın

2021.10.20, 07:36
İranda olmayan hadisə. Əhmədinəjadın kabinetində 3 qadın

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda olmayan hadisə, olmaqdadır. Əhmədinəjadın elanına görə üç qadın onun kabinetinə daxil olacaq. Bunlar 50 yaşlı ginekoloq Mərziyə Dəstgerdi və 43 yaşlı hüquqşünas Fatimə Ajorludur. Xanım Dəstgerdi səhiyyə naziri, xanım Ajorlu isə Rifah və Sosial Təminat naziri olacaqlar. Prezident adını çəkməsə də bildirib ki, daha bir qadının nazir edilməsini planlaşdırır. Hazırda Əhmədinejadın kabinetində bir qadın var. Bu qadın vise-prezident olmaqla yanaşı həm də ətraf mühit məsələlərinə baxır. İranın tarixində İslam İnqilabınadək bir qadın nazir olub. Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. Mütəxəssislərin fikricə Əhmədinəjad, son etirazlarda ona qarşı fəallaşmış zərif cinsi öz tərəfinə çekmək istəyir və bu məqsədə görədə öz təyinatında üç qadına yer verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar