SON XƏBƏRLƏR

AKP-nin «kürd açılımı» adlandırdığı layihəni xəyanət kimi qiymətləndirənlər var

2021.10.20, 07:36
AKP-nin «kürd açılımı» adlandırdığı layihəni xəyanət kimi qiymətləndirənlər var

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans-pressə istinadən yaydığı məlumata görə, Türkiyə ictimaiyyəti hazırda «kürd açılımı» adı altında hökumətin həyata keçirmək istədiyi islahatlara bütün diqqətini yönəldib. Həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilatın yaradılmasının ildönümü ilə əlaqədar açıqlaması bu günə nəzərdə tutulan yol xəritəsi planını boşa çıxardı. İmralı həbsxanasında terror təşkilatının rəhbəri Abdullah Öcalan ilə görüşən vəkilləri yol xətirəsinin avqustun 19-da açıqlanacağını bildirdilər. Vəkillər yol xəritəsi planının gecikməsini Abdullah Öcalanın işini bitirə bilməməsi ilə əsaslandırıb. Türkiyə gündəmini bir həftədən çoxdur ki, gərginlikdə saxlayan plan ölkə ictimayyətində geniş fikir ayrılığına da səbəb olub. Rəsmi Ankara bu planı «demorktik açılım» adlandıraraq layihənin kürdlərə bir çox sahələrdə hüquqlar verməsini nəzərdə tutduğunu deyir. Hələlik detalları açıqlanmasa da, Türkiyə hökuməti kürdlərə bir çox sahələrdə hüquqlar verməyi düşünür. Məhz buna görə, türk mediyası bu layihəni daha «kürt açılımı» kimi də təqdim edir. Təfərrüat aydın olmasa da, Türkiyə siyasi dairələri bu məsələ ilə ölkədə yaşayan kürdlərə əsas prinsipial fərdi və mədəni hüquqları vermək məsələsini həll etməyə çalışdıqlarını deyirlər. Lakin layihə Türkiyə siyasi dairələrində tam dəstək almır. Layihəni kəskin tənqid atəşinə tutan əsasən Milliyətçi Hərəkat Partiyasıdır. Partiyanın lideri dövlət Dövlət Baxçalı düşünür ki, hökumətin ömürlük həbsdə olan terrorçunun təklifi ilə bu cür müzakirələrə başlaması Türkiyənin gələcəyini təhlükəyə atır və dövlətə xəyanətdir: «Aparılacaq mübarizədə hisslərimizi itirməməliyik. Bölücü terrorla mübarizə başqadır və bunu bir şəxsiyyət məsələsi halına gətirib, etik məsələ olaraq daşıyıb Türkiyədə demokratikləşmə adı altında PKK terror təşkilatının 25 ildə bacarmadığını bu gün siyasi razılaşdıraraq bu günkü AKP iqtidarı da bacarmayacaq». Türkiyənin baş naziri Rəcəb tayyib Ərdoğan isə müxalifətin təzyiqlərinə baxmayaraq PKK-nı açıq şəkildə dəstəkləyən Demokratik Toplum Partiyasının lideri Əhməd Türklə danışıqlara getdi. Bu görüşdə əsas müzakirə olunan məsələ isə dialoqa gəlmək oldu. Əhməd Türk bu günkü açıqlamasında deyib ki, Abdullah Öcalanın hazırlayacağı yol xəritəsi «kürt açılımı» layihəsinin müsbət təsir edə bilər. Məhz ona görə o, rəsmi Ankaranın Öcalanı yox sayaraq bu sahədə uğur əldə etməyəcəyini deyib. Onun sözlərinə görə, Türkiyədə 30 ildir davam edən PKK problemi bu günə qədər köklü şəkildə müzakirə edilməyib: «İndi isə məsələnin dialoqla həll edilməsi həm Türkiyə, həm də dünya ictimayyəti üçün maraqlıdır». Əhməd Türk həmçinin kürt kəlməsinin konstutusiyada yer alacağı barədə deyilənlərə də münasibət bildirib və deyib ki, ölkədə yaşayan digər etnik millətləri nəzərə alsaq bu, doğru addım olmaz. «Kürt açılımı» ilə əlaqədar açıqlama edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərloğan deyib ki, Türkiyə gələcəkdə PKK və kürd problemi ilə üzləşməməsi üçün tez bir zamanda bu məsələni həll etməlidir. O, rəhbərlik etdiyi hökumətin Türkiyə qarşısında olan maneləri aşacağını və ayağına dolaşan PKK problemindən demokratiyaya sığınaraq çıxacağını vurğulayıb: «Türkiyə bu məsələni köklü bir formada həll etməlidir. Adına istəyirsiz Cənub Şərq problemi deyin, istəyirsiz Şərq problemi deyin, istəyirsiniz kürd problemi deyin, istəyirsiz terror deyin. Amma bu, bir problemdir. Proqramda səhifə yarımlıq hissəni bu problemə yer ayırmışıq». Xatırladaq ki, PKK-nın silahlı hərəkata başladığı 1984-cü ildən indiyə qədər Türkiyədə 30 mindən çox adam ölüb. İlk dəfə isə Türkiyə 25 il əvvəl avqustun 15-də PKK terror təşkilatının silahlı hücumu ilə qarşılaşıb. O, vaxtdan bu vaxatadək PKK Türkiyənin həyatında ciddi bir problemə çevrilib. PKK-nın lideri Abdullah Öcalan isə 1999-cu ildə həbs olunub və o, İmrəli adasında ömürlük həbs cəzası çəkir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar