SON XƏBƏRLƏR

Iranda Bəhailərin məhkəmə prossesi başlayıb

2021.10.20, 07:36
Iranda Bəhailərin məhkəmə prossesi başlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda yenidən məhkəmə posesləri başlayıb. Bu dəfəki məhkəmə prosessinə bəhai təriqətinin yeddi üzvü cəlb olunub. onlar İsrail lehinə casusluqda və İran xalqına hörmətsizlikdə ittiham olunurlar. bəhai təriqətinin üzvlərinin altısı 2008-ci ildə, yeddinci üzvü isə onlardan iki ay əvvəl İran polisi tərəfindən həbs olunub. Bəhai sektası XIX əsrin ortalarında İranda yaradılıb. Sektanın əsas şüarı - "Allahın, dinin və insanlığın birliyi"dir. İran isə bu təriqətə qarşı hər zaman aqressiv yanaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar