SON XƏBƏRLƏR

P.m.də oluşan millət vəkilləri qurumu: RƏHBƏRİ kənarlaşdırmaqla bağlı olan anayasanın 111-ci əsli müzakirə olunmalıdır

2021.10.20, 07:36
P.m.də oluşan millət vəkilləri qurumu: RƏHBƏRİ kənarlaşdırmaqla bağlı olan anayasanın 111-ci əsli müzakirə olunmalıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran anayasasının 111-ci əsli Rəhbər(vilayəti fəqih)-in öz postundan lazım gələrsə kənarlaşdırılması ilə bağlıdır. 111-ci əslə görə,əgər Rəhbər qanuni vəzifəsini yerinə gətirə bilməzsə, 5-ci və 109-cu əsllərdə vurqulanan şərtlərə cavab vermirsə, vəya öncədən bəzi qusurlarının olduğu ortalığa çıxarsa, onda Rəhbər öz postundan uzaqlaşdırılmalıdır. Bu iş 108-ci əslə görə “üləmalar məclis”-nin vəzifələrindəndir. İran parlamentinin müxtəlif dövlərdən oluşan millət vəkilləri qurumu (bu qurumun hal hazırda 700 üzvü var. parlamentin müxtəlif dövründə seçilmiş millət vəkilləri bu quruma üzv olabilirlər) üləmalar məclisinə müraciət edib. Müraciətdə qeyd olunan bəzi məqamlar bundan ibarətdir: Üləmalar məclisinin sədri Ayətüllah Haşimi Rəfsəncani cənabları, bildiyiniz kimi 12 iyun prezident seçkisi , millətin səsini müsadirə etdikləri üçün bir trajdiyə çevrilib.seçki nəticələrinə etiraz edənlər hücümlara məruz qalıb,odlu silahla öldürülüb, yaralanıb və həbsə alınıblar. Həbsdə olan ağıla sığmaz işgəncələr və təcavüzlər hər bir azad insanın ürəyini yandırır. Bu işgəncələr qu an tanamo və abu qüreyb zindanlarını xatırladır. Öz haqlarını ən sivil şəkildə tələb edənlər nümayişi məhkəmələrdə, zorla alınmış etiraflar əsasında mühakimə olunurlar. Ayətüllah Kərrubinin işarə etdiyi cinsi təcavüz, fatih bir ölkənin işqal etdiyi ölkə əhalisinə tətbiq etdiyi dastan deyil. Bu dastan islam cümhuriyətinin zindanlarında baş verir. İmam Xümeyninin “vilayəti fəqih” kitabında hər kəsin qanun qarşısında eyn olduğunu yazır. Bizim ölkədə isə Muaviyə dönəmi kimi insanlar öz evlərində qorxu içində yaşayırlar. Ona görə ki hər an öz dövləti tərəfindən hər hansı bir ehtimala görə onların evinə hücüm olabilər. Bütün bunları nəzərə alaraq bu qurum sizdən tələb edir ki Anayasanın 111-ci əslinin, Rəhbərin bu günkü etdikləri ilə nə qədər uyqunluğu olduğu barədə araşdırasınız. bu şəkildə qanuni və dini vəzifənizədə əməl etmiş olacaqsınız. gunaz.tv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar