SON XƏBƏRLƏR

İranda növbəti təyyarə qəzası . bu dəfədə təlim təyyarəsi qəzaya uğrayıb

2021.10.20, 07:36
İranda növbəti təyyarə qəzası . bu dəfədə təlim təyyarəsi qəzaya uğrayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “CNNTürk”ə istinadən yaydığı məlumata görə, İranda təlim təyyarəsi qəzaya uğrayıb. hadisə nəticəsində iki nəfər həlak olub. Qeyd edək ki, hadisə nəticəsində həlak olan iki nəfərin təlim təyyarəsinin pilotu və onun köməkçisi olduğu bildirilir.Hadisə saat 08.12 radələrində İranın Kereç şəhərinə baş verib. Təlim təyyarəsinin yerə düşdükdən sonra alışaraq yandığına dair məlumat daxil olub. Hazırda qəza baş verən ərazidə hadisənin səbəbləri araşdırılır. Xatırladaq ki, iyulun 15-də İranın şimali-qərbində, bortunda 150-dən çox sərnişin olan təyyarə qəzaya uğrayıb. İranın "Caspian Airlines" şirkətinə məxsus Tehrandan İrəvana hərəkət edən təyyarənin bortunda 153 sərnişin və 15 ekipaj üzvü olub. 168 nəfərin hamısı həlak olub. Təyyarədə texniki nasazlıq baş verib və bundan sonra qəza enişinə cəhdi edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar