SON XƏBƏRLƏR

Türkiyə erməni iddiasını təkzib etdi

2021.10.20, 07:36
Türkiyə erməni iddiasını təkzib etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin Türkiyə mediasına istinadən yaydığı məlumata görə, “Türkiyənin Azərbaycanla olan xüsusi dostluq və qardaşlıq əlaqələrinin belə pis niyyətli səylərlə pozulmasına izn verilməməlidir”. bunu türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin son günlər Ermənistan mətbuatında yer verilən bəzi iddialara aydınlıq gətirərkən deyib. Burak Özügərgin bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin bəd niyyətli səylərlə pozulmasına izn verilməməsi lazımdır. Özügergin avqustun 13-də “Panarmenian” saytında Ermənistanın Strateji və Milli Araşdırmalar mərkəzinin direktoru Riçard Qiraqosyana istinadən yayılmış məlumatın həqiqəti əks etdirmədiyini bildirib. “Hər hansı bir əsası olmayan belə xəbərə Azərbaycan mətbuatında geniş yer verilməsi və bu kimi xəbərlərin hər zaman Azərbaycana dəstək verən Türkiyənin əleyhinə istifadə edilməsi bizi kədərləndirir”. Xatırladaq ki, “Panarmenian” saytında yazılan xəbərə görə, Ermənistan Strateji və Milli Araşdırmalar mərkəzinin direktoru Riçard Qiraqosyan Türkiyə-Ermənistan sərhədinin açılmasının hər şeydən əvvəl Rusiyanın xeyrinə olacağını bildirərək, deyib: “Daha əvvəl Türkiyə ilə Rusiya arasında imzalanan gizli bir müqavilə ilə Rusiyaya Ermənistandakı hərbi bazaya silah aparmaq üçün Türkiyənin hava sahəsindən istifadə edilməsinə icazə verilib”. “Türkiyənin Azərbaycanla olan xüsusi dostluq və qardaşlıq əlaqələrinin belə pis niyyətli səylərlə pozulmasına izn verilməməlidir” “Türkiyənin Azərbaycanla olan xüsusi dostluq və qardaşlıq əlaqələrinin belə pis niyyətli səylərlə pozulmasına izn verilməməlidir”. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bunu türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin son günlər Ermənistan mətbuatında yer verilən bəzi iddialara aydınlıq gətirərkən deyib. Burak Özügərgin bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin bəd niyyətli səylərlə pozulmasına izn verilməməsi lazımdır. Özügergin avqustun 13-də “Panarmenian” saytında Ermənistanın Strateji və Milli Araşdırmalar mərkəzinin direktoru Riçard Qiraqosyana istinadən yayılmış məlumatın həqiqəti əks etdirmədiyini bildirib. “Hər hansı bir əsası olmayan belə xəbərə Azərbaycan mətbuatında geniş yer verilməsi və bu kimi xəbərlərin hər zaman Azərbaycana dəstək verən Türkiyənin əleyhinə istifadə edilməsi bizi kədərləndirir”. Xatırladaq ki, “Panarmenian” saytında yazılan xəbərə görə, Ermənistan Strateji və Milli Araşdırmalar mərkəzinin direktoru Riçard Qiraqosyan Türkiyə-Ermənistan sərhədinin açılmasının hər şeydən əvvəl Rusiyanın xeyrinə olacağını bildirərək, deyib: “Daha əvvəl Türkiyə ilə Rusiya arasında imzalanan gizli bir müqavilə ilə Rusiyaya Ermənistandakı hərbi bazaya silah aparmaq üçün Türkiyənin hava sahəsindən istifadə edilməsinə icazə verilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar