SON XƏBƏRLƏR

Ermənistanlı yezidi kürdlər, PKK-nın 25 illiyi münasibəti ilə yubiley keçiriblər

2021.10.20, 07:36
Ermənistanlı yezidi kürdlər, PKK-nın 25 illiyi münasibəti ilə yubiley keçiriblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Yerevanın Şaumyan adına meydanına toplaşan ikiyüzədək kürd adından Türkiyə hökumətinin ünvanına “bu ölkədə kürd xalqına qarşı qətliama son qoymaq, kürd məsələsini beynəlxalq qanunlara uyğun, dinc yolla həll etmək” haqqında çağırış qəbul olunub. Stepan Şaumyan adına meydana toplaşan kürd icması nümayəndələrindən biri deyib ki, toplantının məqsədi “Turkiyəli soydaşlarının tapdanmış haqlarının müdafiəsinə yönəlmiş mübarizəsinə həmrəylik bildirmək və Kürd Fəhlə Partiyasının 25-illiyini qeyd etməkdir”: | “Nümayişimizlə Türkiyə hökumətinə təzyiq göstərə bilmərik. Lakin istəyirik ki, erməni milləti kürd xaqlınının yaşayışını təmin etdiyinin heç olmasa 10 faizi qədər Türkiyədə təmin olunsun”-deyib etirazçı. Ermənistan kürd icmasının rəhbəri Knyaz Həsənov keçən 25 il ərzində tərəflərin böyük itkilər verdiyini bildirib. Onun sözlərinə görə, “kürdlərin yenilməz iradəsi Türkiyə hökumətini kürdlərlə danışıqlar aparmağa və son dövrdə kürd məsələsinin sülh yolu ilə həllindən söz açmağa məcbur edib”. “Bu gün keçirdiyimiz nümayişin bir məqsədi var, - deyib Həsənov, - Kürdlər öz mətinliyini nümayiş etdirirlər. İstəyirlər ki, Türkiyədə onların azadlıqları müdafiə olunsun, Türkiyə bizi bir millət kimi tanısın, dilimizi, mədəniyyətimizi tanısın”. Eyni zamanda, Knyaz Həsənov bunu da əlavə edib ki, ermənilərin soyqırımı tanınmalıdır. “Qoy türklər bizə qarşı etdiklərini etiraf etsinlər. Bəsdir daha! Onların bizi, bizim onları görməyə gözümüz yoxdur”, - deyib kürd icmasının rəhbəri. Mitinqdə səslənən nitqlərdə Ermənistan kürd icması nümayəndələri deyirdilər ki, “Dünya kürd məsələsinə göz yuma bilməz və Türkiyə hakimiyyəti kürdlərin lideri Abdulla Öcalanı həbsdən buraxmalıdır. Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr yoxdur, lakin bir sıra müşahidəçilər qeyd edirlər ki, Avropa İttifaqı və Birləşmiş Ştatların terrorçu təşkilat kimi tanıdıqları PKK-nın yubileyinin qeyd olunması Yerevan-Ankara münasibətlərinə heç də müsbət təsir etməyəcək. Bu da maraqlıdır ki, Ermənistanı tərk etmiş kürdlər orada diskriminasiyaya məruz qalddıqlarından şikayətlənirlər.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar