SON XƏBƏRLƏR

Mehdi Kərrubi: İranda elə bir qorxu ortamı var ki, təcavüz və işgəncə qurbanları süküt edirlər

2021.10.20, 07:36
Mehdi Kərrubi: İranda elə bir qorxu ortamı var ki, təcavüz və işgəncə qurbanları süküt edirlər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Mehdi Kərrubi bir neçə gün öncə Haşimi Rəfsəncaniyə yazdığı məktubun məzmununa mənfi münasibət bildirən mühafizəkar düşərgəyə reaksiya verib. • internet saytlarının birinə verdiyi müsahibədə qeyd edib ki: hakimiyət elə bir ortam yaratmaq istəyir ki kimsə etiraz ede bilməsin. Yəni əgər valideyinlərin gənc uşaqlarını öldürürlərsə, onları zindanda işgəncə edib və təhqir edirlərsə, məhbusların ailəsini zindanların qapısında döyüllərsə, evlərə hücüm edib onların əmvalını qarət edirlərsə və ... kimsə bu məsələləri dilə gətirə bilməsin. Onlar belə bir vəziyət yaratmaq istəyirlər. Və əslində hal hazırda ölkənin durumu elə ondan ibarətdir. • Mehdi Kərrubi İran rəsmilərinə üz tutub deyir ki: siz nədən işgəncələrlə bağlı məsələ qaldıran şəxsi dinləmədən, araşdırmadan mövqe tutdunuz?!!! Nə olardı ki ilk araşdırardınız sonra yalan olduğu təqdirdə indiki fikrə gələrdiniz?!!! Necə oldu araşdırmadan bu qənaətə gəldiniz?!.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar