SON XƏBƏRLƏR

AKP hökümətinin Azərbaycana qarşı xəyanət etdiyi iddia olunur

2021.10.20, 07:36
AKP hökümətinin Azərbaycana qarşı xəyanət etdiyi iddia olunur

Gunaz.tv
Türkiyə öz hava məkanından Ermənistandakı rus hərbi bazasına silah-sursat daşınmasına icazə verib Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru Riçard Qiraqosyan İrəvanda «Ermənistan-Türkiyə münasibətləri: keçmişdə və gələcəkdə» mövzusunda keçirilən seminarda sensasiyalı çıxış edib. Lent.az-ın «panarmenian.net» internet saytına istinadən yaydığı məlumata görə, Riçard Qiraqosyan deyib ki, rus-gürcü müharibəsindən sonra Moskva və Ankara arasında məxfi razılaşma imzalanıb. Riçard Qiraqosyan bildirib ki, həmin razılaşmaya əsasən, Türkiyə Rusiyaya Ermənistanda, Gümrüdə yerləşən rus hərbi bazasını silah və sursatla təchiz etmək üçün öz hava məkanından istifadə etməyə icazə verib. Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru onu da deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması birinci növbədə Moskva üçün sərfəlidir, çünki Rusiya Ermənistanın bütün enerji sferasına nəzarət edir. REDAKSIYADAN: Məlumat təsdiqlənsə bu, Türkiyədə hakimiyyətdə olan AKP iqtidarının birmənalı Azərbaycana xəyanəti hesab oluna bilər. Bir neçə vaxtdır ki, Ərdoğan hökuməti ermənilərlə gizli və ya aşkar iş birliyindədir. Belə görünür ki, AKP hökuməti Azərbaycandakı və Türkiyədəki etirazlardan sonra Ermənistanla sərhədləri rəsmi şəkildə açmasa da, düşmənlə bir cərgədə yer almaqda davam edir. Azərbaycanın torpaqlarını işğalda saxlayan, onun əsgərlərini öldürən ermənilərə silah-sursat üçün hava sərhədi verməyin bir adı var: xəyanət!. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar