SON XƏBƏRLƏR

Times: Ermənistan fürsət tapdığı təqdirdə siyasi istiqamətini dəyişdirə bilər...

2021.10.20, 07:36
Times: Ermənistan fürsət tapdığı təqdirdə siyasi istiqamətini dəyişdirə bilər...

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "ANS-PRESS"-ə istinadən yaydığı məlumata görə, The Times qəzeti, Türkiyə-Ermənistanın yaxınlaşacağı təqdirdə bölgədəki tarazlığın dəyişə biləcəyini yazıb. Qəzet bölgədəki siyasi proseləri şərh edərək bildirir ki, Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma, İrəvanın Rusiyadan asılılığını azaldacağı üçün bölgədəki güc tarazlıqları dəyişə bilər. Məlumatda deyilir ki, Amerika xarici siyasəti türk-erməni yaxınlaşması mövzusunda çox həssas davranır. Türkiyə 1993-cü ildə bağladığı sərhədi yenidən açarsa, hələ də dünyaya dənizdən çıxışı olmayan Ermənistanın Aralıq dənizi və Qara dənizdəki limanları istifadə etmə imkanına qovuşacağını yazan qəzet, bu sayədə tranzit yollar mövzusunda Rusiyadan asılılığın azalacağını bildirib. The Times, zəif bir ölkə olan Ermənistanın çarəni Rusiyanın himayəçiliyində tapdığını, amma bunun çox da uzun sürməyə biləcəyini bildirib. "Ermənistan fürsət tapdığı təqdirdə istiqamət dəyişdirə bilər". Qəzet həmçinin Ermənistanın fürsət tapan kimi NATO və Avropa Birliyi ilə inteqrasiyaya yolunu seçəcəyini də qeyd edib: "Belə olan təqdirdə Ermənistan, enerji məsələsində, eynilə şimal qonşusu Gürcüstan kimi əhəmiyyətli bir tranzit ölkəyə çevrilə bilr. Ancaq Ermənistanın Qərb ilə güclü bağlar qurmasını maneə törədən tək faktor Türkiyə deyil. Eyni zamanda ölkənin daxilindən də maneələr var. 31 mayda keçirilən seçki eynilə 2008-ci ilin fevralındakı seçki kimi, həm Qərb, həm də ABŞ tərəfindən şübhəylə qarşılandı. Bu ölkələr, Ermənistana etdikləri köməkləri azaltdı. Ermənistan da bu vəziyyətdə təkrar Rusiya və İrana döndü".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar