SON XƏBƏRLƏR

Mehdi Kərrubi: məhbuslar ölənə qədər işgəncə olublar

2021.10.20, 07:36
Mehdi Kərrubi: məhbuslar ölənə qədər işgəncə olublar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Mehdi Kərrubi bildirib ki, iyun ayında etiraz nümayişlərinin bəzi iştirakçıları həbsxanada ölənə kimi işgəncələrə məruz qalıblar. Bundan bir neçə gün əvvəl o, həbsdə olan kişi və qadınların zorlandığı barədə məlumatlar aldığını demişdi. Rəsmilər zorlama iddialarını rədd edir,lakin bəzi pozuntuların baş verdiyini etiraf edirlər. BBC müxbiri Con Layn deyir ki, müxalifət Mahmud Əhmədinejadın qələbəsini birbaşa sual altına qoymadan, siyasi təzyiqi saxlamaq üçün bu məsələdən istifadə edir. Mehdi Kərruibinin internet saytında bildirilir ki, bir neçə tutulmuş şəxsə ölənədək işgəncə verilib: "Bəzi gənclər yalnız etirazlar zamanı şüar dediklərinə görə ölənə kimi döyülüblər. " Cənab Kərrubi bu iddiaların "sakit şəraitdə" müstəqil komitə tərəfindən araşdırılmasına çağırıb. Bir neçə həftə əvvəl ali lideri Əli Xameneyi "məhbusların hüquqlarının pozulduğu" Kahrijak həbsxanasının qapanmasını əmr etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar