SON XƏBƏRLƏR

İranda 7 bəhayi müdafiəsiz mühakimə olunacaq

2021.10.20, 07:36
İranda 7 bəhayi müdafiəsiz mühakimə olunacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, hal hazırda Tehranda EVİN zindanında saxlanılan 7 bəhayi məhbus yaxun günlərdə mühakimə olunacaqlar bu xəbər məhkəmə tərəfindən Əbdülfəttah Soltaninin ofisinə verilib. Əbdülfəttah Soltani adını çəkdiyimiz Bəhayi məhbuslarının vəkillərindən birisidir. Ancaq vəkilin özü 40 gündən artıqdır ki həbsdə saxlanılır. Cenevrədə yerləşən benalxaq Bəhayi toplumunun ofisi ötən gün bəyanat yayaraq vurqulayıb ki avqust ayının 18-də İran məhkəmə orqanı Bəhayilərin mühakiməsinə başlayacaq. Qeyd etmək lazımdır ki məhbusların həbs müddətindən 15 ay keçməsinə baxmayaraq, hələdə onlara icazə verilməyib ki öz vəkilləri ilə görüşsünlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar