SON XƏBƏRLƏR

Dünya üzrə 256 tanınmış ziyalı, mütəfəkkir və yazıçı BMT-nin baş katibini, Əhmədinəjadın dövlətini tanımamağa çağırdılar

2021.10.20, 07:36
Dünya üzrə 256 tanınmış ziyalı, mütəfəkkir və yazıçı BMT-nin baş katibini, Əhmədinəjadın dövlətini tanımamağa çağırdılar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrindən 256 ziyalı BMT-nin baş katibindən Əhmədinəjadın dövlətini tanımamağı tələb ediblər. Bu məktub tanınmış İranlı Əkbər Gənci tərəfindən təşəbbüs göstərilib və bir çox mütəfəkkir, yazıçı tərəfindən imzalanıb. Bu məktubda göstərilir ki İranda qüdrət anayasının 110 və 57-ci əsllərinə görə “vilayəte fəqih”in əlində cəmləşir. Bu məktubda qeyd olunur ki prezidet seçki nəticələrinə olan dinc aksiyalar, İran hakimiyəti tərəfindən silahli qüvvələr vasitəsi ilə boğuldu. Məktubda M.H.Musəvi və Kərrubinin verdiyi statistkaya əsasən qeyd edilir ki ən azı 69 insan aksiyalarda öldürülüb. Və tutuqlananların sayısı İran rəsmilərinin bəyanatına görə 4000 nəfər olduğu BMT baş katibinin nəzərinə çatdirilıb. Bu məktub vasitəsi ilə baş katibdən konkret tələblər irəli sürülüb. O cümlədən seçkilərlə bağlı olan saxtakarlığı araşdırmaq üçün benalxalq komissiyanın yaradılması, İran hökümətinə məhbusların azad edilməsi ilə bağlı təzyiq etmək və mətbuat azadlığı kimi hüqüqlardan söz açılıb. Nəhayətdə BMT baş katibindən istənilib ki Əhmədinəjadın dövlətini rəsmiyətə tanımasın.radiofarda

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar