SON XƏBƏRLƏR

Mustafa Qasimi, MirMusa Ziyazərgər və Rəsul İrani, Əhər zindanından azadlığa buraxılıblar

2021.10.20, 07:36
Mustafa Qasimi, MirMusa Ziyazərgər və Rəsul İrani, Əhər zindanından azadlığa buraxılıblar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın mədəni fəalları Mustafa Qasimi, MirMusa Ziyazərgər və Rəsul İrani avqust ayının 20-də azadlığa buraxılıblar. Adı gedən üç soydaşımız avqust ayının 6-ı Babək Qalasında bir mədəni mərasimdə iştirak edərkən tutuqlanmışdılar. Qeyd olunur ki onlar məhkəməyə təqdim etdikləri zəmanət (qarantı) müqabilində azadlığa buraxılıblar. Saxlanılan soydaşlarımızın ailə və yaxunlarının sözlərinə görə, onların əsas ittihamı qanunsuz yığıncağa toplaşmaq, sistemin əleyhinə təbliğ etmək , ümumi asayişə xələl getirmək, polis qüvvələrinə məhəl qoymamaq və Azərbaycannın milli oyunlarını oynamaq (rəqs etmək) olub.savalansesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar