SON XƏBƏRLƏR

İrandan ABŞa rədd cavabı

2021.10.20, 07:36
İrandan ABŞa rədd cavabı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqavi İranın ABŞ prezidenti Barak Obamanın danışıqlar təklifinə cavab üçün sentyabr ayına qədər qoyduğu möhləti rədd etdiyini bildirib. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb. Xatırladaq ki, ötən ay prezident Obama davranışını dəyişmək üçün İrana möhlət vermişdi. Həsən Qaşqavi qoyulmuş möhləti rədd edərək deyib ki, İran nüvə hüquqlarını müdafiə etmək məsələsində ciddidir və bu məsələdə məhdudiyyətləri qəbul etməyəcək. Beləliklə, prezident Obamanın İranla danışıqlar aparmaq təklifi İranın qərbi, xüsusilə də, ABŞ və Britaniyanı seçkilərdən sonra iğtişaşları qızışdırmaqda ittiham etməsindən sonra havadan asılı qalıb. Vaşinqton və Avropa İttifaqı İran hökumətinin etiraz nümayişlərinin zorakı yolla dağıtmasını qəti şəkildə pisləyib və İranı dinc nümayişçiləri, habelə bir fransalı qadını, Britaniya və Fransa səfirliklərində çalışan iki iranlını həbs etməkdə ittiham edib. "Böyük səkkizlər" qrupu da İrana sentyabr ayında nüvə ambisiylarını müzakirə etməyə razı olmaq üçün vaxt verib. Bunu etməsə, İran daha ciddi sanksiyalarla qarşılaşa bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar