SON XƏBƏRLƏR

Ettelaat Güneydə milli fəalın ailəsinə təzyiq edir

2021.10.20, 07:36
Ettelaat Güneydə milli fəalın ailəsinə təzyiq edir

Gunaz.tv
Ettelaat Güney Azərbaycan milli hərəkat fəalı Həsən Əsədinin ailə üzvlərinə onun harada olmasından xəbərsiz olduqları halda təzyiqlərini daha da artırıb Məlumata görə, Ettelaat məmurları H.Əsədinin qaynatasının evində bir neçə dəfə axtarış aparıb. Bir neçə gün bundan öncə isə Həsən Əsədinin həyat yoldaşı, 8 yaşlı qızı və 1 yaşllı oğlu Ettelaat idarəsinə aparılıblar. H.Əsədinin ailə üzvlərindən onun harada olması soruşulub və onlara xəbərdarlıq edilib ki, “əgər H.Əsədi təslim olmazsa, onun yerinə sizi həbs edecəyik”. Həsən Əsədinin harada olmasından xəbərsiz olan ailəsinə Təbriz şəhərindən kənara çıxmaq qadağan olunub və belə vəziyyət yarandığı təqdirdə onlar öldürüləcəkləri ilə hədələniblər. Eyni zamanda Ettelaat milli fəal Həsən Əsədini fərari elan edərək, “Ərk” həftəlik qəzetində onun şəklini yayımlayıb. Xatırladaq ki, Həsən Əsədi Güney Azərbaycan milli hərəkatında göstərdiyi fəaliyyətə görə Ettelaat məmurları tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalaraq dırnağı çəkilmiş, bir barmağı sındırılmış, əsaslı ittiham olmadığı halda İnqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum edilmiş, 70 min ABŞ dolları dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdı. Növbəti dəfə isə Həsən Əsədi Ettelaat məmurları tərəfindən Güney Azərbaycanda May hadisələrinin ildönümü ərəfəsində həbs edilmişdi.gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar