SON XƏBƏRLƏR

Azərbaycanın milli fəali Mahmud Ocaqlu həbsdən azad olunub

2021.10.20, 07:36
Azərbaycanın milli fəali Mahmud Ocaqlu həbsdən azad olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın milli fəali Mahmud Ocaqlu 2 gün öncə həbsdən azad olunub. Aldığımız məlumata görə, Mahmud Ocaqlu 2 aydan çöx (61gün) həbsdən sonra 50 milyon tümənlik vəsiqənın müqabilində azad olunub. O məhkəmə prossesi başlayana qədər azad olacaq. Ancaq məhkəmə rəsmiləri onun məhkəməsinin nə zaman başlayacağı ilə bağlı heç bir məlumat verməyiblər. Mahmud bəy azad olunan gündən 61 gün öncə ETTELAAT məmurları tərəfindən tutulub və həbs olunmuşdu. Aldığımız məlumata görə o həbsdə saxlanılan müddətin böyük hissəsini təknəfərlik kletkada keçirib. Mahamud Ocaqlu İslamşəhrdə, “ana dilində dəhsil”, “15 və 19-cü əsllərin icrası” məzmunlu şüarlarla bağlı ETTELAAT tərəfindən tutulduğu qeyd olunur. Savalansesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar