SON XƏBƏRLƏR

Azərbaycanın palçıq vulkanları “Dünyanın yeni 7 möcüzəsi”nə namzədlər arasında

2021.10.20, 07:36
Azərbaycanın palçıq vulkanları “Dünyanın yeni 7 möcüzəsi”nə namzədlər arasında

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin APAya istinadən yaydığı məlumata görə,görə, “Dünyanın yeni 7 möcüzəsi”ni müəyyənləşdirmək üçün keçirilən səsvermədə maraqlı nəticələr ortaya çıxıb. APA-nın məlumatına görə, səsvermə nəticəsində müəyyənləşdirilən 28 finalçı arasında Azərbaycanın palçıq vulkanları da var. Dünya üzrə 261 gözəlliyin müzakirəyə çıxarıldığı yarışmada mütəxəssislərdən ibarət qrup 77 namizəddən 28 yeri seçib. Onlar arasında Amazon düzənliyi, Ölü dəniz, Kilimancaro dağı, Ekvadordakı Qalapaqos adaları, Azərbaycanın palçıq vulkanları, Livandakı Jeita Grotto mağarası, İrlandiyadakı Moher uçurumu və Almaniyanın qara düzənlikləri də var. İnternet vasitəsilə (http://www.new7wonders.com) aparılan səsvermənin nəticələri 2011-ci ildə açıqlanacaq. Xatırladaq ki, dünyada mövcud olan 700 palçıq vulkanından 300-ü Azərbaycanda yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar