SON XƏBƏRLƏR

GÜNAZ.TV başqanı Ehməd Obalı ilə, bir qrup gənc və DAK üzvlərinin görüşü oldu

2021.10.20, 07:36
GÜNAZ.TV başqanı Ehməd Obalı ilə, bir qrup gənc və DAK üzvlərinin görüşü oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dünən Bakıda Dünya Azərbaycanlılar Əlaqələndirmə Şurasının ofisində, GÜNAZ.TV-nin rəhbəri, Dünya Azərbaycanlılar Konqressi idarə heyətinin üzvü Əhməd Obalı ilə bir qrup gənc, bir sıra ziyalı və DAK üzvləri arasında görüş olub. Tədbirdə DAK idarə heyətinin üzvləri, bir çox mətbuat nümayəndələridə iştirak ediblər. Tədbirə DAK-ın fəxri Sədri Pr.doktor Qulamrza Səbri Təbrizi və DAK idarə heyətin bəzi üzvləri o cümlədən Asif Qurbanov və Vaqif Sultanlıda qatılmışdılar. Əkrəm Rəhimli, Araz Aslanlı, Elnur Eltürk, Mehriban xanım Nəsibli, Ramin Əliyev, Dünya xanım Əliyeva, Vasif namazsoy və bir neçə mətbuat nümayəndələri o cümlədən Seymur Həsənli, Pərviz Elay və Tamxel ziyaəddinoğluda digər tədbir iştirakçıları sıralarındaydılar İlk söz Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri professor Qulamrza Səbri Təbrizi bəyə verildi. Tədbir iştirakçılarını salamlayan və təşkilatçılara öz təşəkkürünü bildirən Səbri bəy Güney Azərbaycan məsələsində Günaz TV-nin fəaliyyətinin əvəzsiz olduğunu bildirərək sözü Əhməd Obalıya verdi. Əhməd bəy öz çıxışında Günaz TV-nin yürütdüyü mücadilə və Bakı şöbəsinin genişlənməsi barədə həyata keçirələcək planlardan danışdı. O, bu məsələdə gənclərin aktivliyinin əsas rol oynadığını bildirdi. Tədbirdə diqqət çəkən digər məqam, GÜNAZ.TV-lə bağlıydı. Tədbir iştirakçıları tərəfindən GÜNAZ.TV haqqında geniş söhbət edildikdən sonra GÜNAZ.TV-yə yardım komponiyası haqqında fikirlər səsləndi. Bu fikir tədbir iştirakçıları tərəfindən xüsusi marağla dəstəkləndi və bu kompaniyanın başlanmasının vacib olduğunu qeyd etdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar