SON XƏBƏRLƏR

Öcalan Ərdoğana “cəsarətli ol” mesajı göndərib . AKP-nın kürd açılımı Türkiyənin bölünməsinə səbəb olabilər

2021.10.20, 07:36
Öcalan Ərdoğana “cəsarətli ol” mesajı göndərib . AKP-nın kürd açılımı Türkiyənin bölünməsinə səbəb olabilər

Gunaz.tv
Türkiyə cəmiyyəti AKP-nin yaxın vaxtlarda açıqlamağa hazırlaşdığı kürd planı ilə bağlı müzakirələr aparır. Bu planın detalları haqda hələlik mətbuatda yazılanlardan əlavə rəsmən heç nə məlum deyil. Ancaq həm baş nazir Rəcəb Tayyib Ərdoğan, həm prezident Abdullah Gül eyham vurur ki, bu planın açıqlanması ilə Türkiyədə tamamilə yeni dönəm başlayacaq.Əksəriyyəti PKK terroruna qarşı mübarizə aparanlardan ibarət “Ergenekon”çular üzərində məhkəmə prosesinin davam etdiyi və AKP-yə bağlı mediada ordunu, atatürkçü düşüncəni nüfuzdan salmağa yönələn üstüörtülü kampaniyanın aparıldığı bir vaxtda sözügedən təşəbbüsün nədən ibarət olacağı haqda müxtəlif fərziyyələr ortaya atılır. Məlumatlara görə, plan PKK-ya bu terror təşkilatının əliqanlı liderləri də daxil olmaqla geniş aministiya vəd edə, kürdlərə yerli bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi formasında de-fakto muxtariyyət verə və kürd dilində təhsil almaq hüququnu tanıya bilər. Maraqlıdır ki, PKK lideri Abdullah Öcalan da yaxın günlərdə kürd probleminin həllinə dair öz planını açıqlamağa hazırlaşır. Öcalanla hökumət arasında bu məsələdə hansısa uzlaşdırılmış fəaliyyətin olub-olmadığı qaranlıqdır, ancaq bu günlərdə baş nazir Ərdoğan ilk dəfə PKK-nın siyasi qolu hesab edilən kürd partyası DTP-nin lideri Əhməd Türklə görüşüb. Həmin görüşdən sonra Öcalan İmralıdan vəkilləri vasitəsilə Ərdoğana mesaj göndərib və onu “cəsarətli olmağa, rikslərdən qorxmadan addımlar atmağa” çağırıb. Öcalan hesab edir ki, əgər hökumət hansısa risklərdən çəkinib konkret addımlar atmasa, o zaman problem daha da dərinləşə bilər. PKK lideri bir daha prolemin həlli üçün danışıqların DTP ilə aparılmalı olduğunu göstərib. Kürd separatizminə qarşı sərt mövqeyini həmişə ortaya qoyan CHP lideri Dəniz Baykal isə bu dəfə məsələyə təmkinli reaksiya göstərir. Baykal hökumətin dolayısıyla PKK ilə təmasda olduğunu desə də, bildirir ki, hökumətin kürd planına açıqlanandan sonra münasibətini bildirəcək. CHP lideri həmin planda Türkiyəni bölməyə aparan və kürd dilində təhsili nəzərdə tutan məqamların yer alması halında ona qarşı çıxacağını deyib. MHP və onun lideri Dövlət Baxçalı isə hökuməti PKK ilə anlaşmaya can atmaqda ittiham edərək ölkəni bölməyə çalışan terrorçulara aministiya verilməsinə qarşı olduğunu sərt şəkildə dəfələrlə açıqlayıb. MHP eyni zamanda hökumətin təşəbbüsünə dəstək verə biləcəyini istisna etməyən CHP-ni də tənqid edir. Silahlı qüvvələr isə hələ susur.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar