SON XƏBƏRLƏR

Sepah: Musəvi, Kərrubi və Xatəmi həbs olunmalıdırlar

2021.10.20, 07:36
Sepah: Musəvi, Kərrubi və Xatəmi həbs olunmalıdırlar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İslam inqilab keşikçilər korpusunun siyasi bölüm üzrə rəhbəri Yədülla Cavani, bu silahlı orqanın rəsmi nəşriyəsində qeyd edib ki, sabiq prezident Məhəmməd Xatəmi, məğlub namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi etiraz aksiyalarının əsas təşkilatçıları olub. O üzdən onlar dövlət tərəfindən saxlanılıb, mühakimə olunub və həbs edilməlidirl’r. Yədülla Cavani tələb edib ki hər hansı bir hərəkət vəya cərəyan? əgər islami sistemi yıxmğa yönəlibsə onun qarşısı alınmalı və ona səbəb olanlar cəzalandırılmalıdırlar. Onun sözlərinə görə adını çəkdiyimiz üç siyasi_məzhəbi sima kimi tanınanlar, qərb və xüsusi ilə ABŞ-ın gücü ilə islami rejimi yıxıb və yerində qeyr dini rejim qurmaq istəyində olunlar. O artırıb ki elə məhz buna görədə onlar həbs olunmalıdırlar. Xatırladaq ki Hazırda bir qrup müxalifətçi, o cümlədən xarici səfirliklərin iranlı əməkdaşları və Fransa vətəndaşı Klotilda Reys məhkəmə qarşısında dayanıb. Tehran küçələrində isə “diktatora ölüm” şüarları səngimək bilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar