SON XƏBƏRLƏR

Şirin İbadi: İranda seçki nəticələri ləğv olmalı yenidən BMT nəzarəti altında keçirilməlidir

2021.10.20, 07:36
Şirin İbadi: İranda seçki nəticələri ləğv olmalı yenidən BMT nəzarəti altında keçirilməlidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin yerli və xarici KİV-nə istinadən yaydığı məlumata görə,Əslən Güney Azərbaycanlı olan, nobel mükafatı laureatı Şirin Ebadi ötən gün Cənubi Koreyanın paytaxtı Seulda, İranda yeni prezident seçkilərinin keçirilməsinə və hazırki höküməti nüvə ambisiyalarından əl çəkməyə çağırıb. O jurnalistlərin qarşısında çıxış zamanı bildirib ki, İranda son mübahisəli prezident seçkiləlirinin nəticələri ləğv olunmalı və qeyri-qanuni hesab edilməlidir. “Bu seçkilər yenidən BMT-nin nəzarəti altında keçirilməlidir”. Vəkil və insan hüquqlarında fəal Ebadi İranda və dünyada uşaq və qadınların hüquqları sahəsində səylərinə görə nobel mükafatı laureatına layiq görülüb. O bu mükafata layiq görülən ilk müsəlman qadındır. Xatırladaq ki, o, 1970-ci illərdə İranda anti-korrupsiya kampaniyasını başladığını görə ölkənin ilk qadın hakimi vəzivəsindən istefa etmiş və daha sonra insan hüquqları sahəsində öz fəaliyyətini davam etdirib. Xatırladaq ki Şirin İbadi Paytaxt Seulda vəkillik və insan haqları sahəsindəki fəallığına görə “Manhay” mükafatına da layiq görülüb. Həmçnin Şirin İbadinin sözlərinə görə İranda prezident seçki nəticələri açıqlanandan sonra baş verən hadisələrdə ölənlərin sayısını minimom 100 nəfər olduğunu deyib. Baxmayaraq ki bu günə qədər İran rəsmiləri ölənlərin sayısını 30 nəfər göstəriblər ancaq bu rəqəmi heç bir müxalif qüvvələr və beynalxalq insan haqları qurumları qəbul etməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar