SON XƏBƏRLƏR

Haşim Ağaceri: həbs olunmuş islahatçılar, onların əlində girovdurlar

2021.10.20, 07:36
Haşim Ağaceri: həbs olunmuş islahatçılar, onların əlində girovdurlar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Haşim Ağaceri 12 iyun prezident seçkilərindən sonra həbs olunmuş siyasi fəalları, milletin iradəsi və səsinin üzərində çevriliş edənlərin girovları adlandırıb. O qeyd edib ki həbs etmə forması və məhbuslarla olan davranış sadəcə bir qanunsuzluqdan ibarət deyil. Artiq bu girov saxlamaq deməkdir. Ağaceri “özbaşınalıqdan tutulmuş məhbuslarla bağlı komitə”-nin üzvləri və siyasi məhbusların ailəsi ilə görüşdə qeyd edib ki görüntüdə rəsmi açıqlamaya görə 40 milyonluq iştirakçının 24 milyon səsini bir namzəd gətirib. Bu vəziyət düşündürücüdür. Bununla birlikdə özləri demişkən milləti seçkiyə və səhnəyə çağıranlar seçkidən sonra kütləvi şəkildə həbs olundular. Ağaceri öz dediyinə təsdiq olaraq məhbusların ailə üzvləri ilə elaqə saxlaya bilmədilərinə de işarə edib. Qeyd edib ki hətta telefon əlaqesinə belə imkanı verilmir. Buda girov götürmənin daha bir sübutudur. O sözlərinin dəvamında höccətülislam Əbtəhi və Məhəmməd Ətriyanfərin televizyada verdiklri etiraflara toxunub. O qeyd edib ki əgər bu ağaların bu qədər məntiqi dəlilləri var ki məhbusları seçkilərin doğru keçirilməsi ilə bağlı fikrini dəyişə bilirlər hətta onların mehriban və mömin olduqlarınada məhbuslar etiraf edir, onda nə üçün televiziyaya çıxıb məntiqi dəlillərini milyonlarla insanlara açıqlamırlar,!!!. Yeqin ona görədir ki milyonlarla insanı təknəfərlik kletkaya salıb və bütün məhbuslara qarşı istifadə edən metodlardan istifadə edəbilmirlər.GÜNAZ.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar