SON XƏBƏRLƏR

Aksiyalarda tutulanların ikinci Məhkəmə prossesi başlayıb

2021.10.20, 07:36
Aksiyalarda tutulanların ikinci Məhkəmə prossesi başlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin müxtəlif İran və xarici KİV-nə istinadən yaydığı məlumata görə, bu gün İranda son seçki aksiyalarında tutulmuş müttəhimlərin ikinci məhkəmə prossesi başlayıb. Ikinci məhkəmə iclası 2 gün gecikdikdən sonra başlayıb. Bunu hakim müttəhimlərin vəkillərinin xahişi ilə əlaqələndirir. hakim dediyinə görə, vəkillər “doğru müdafiə etmək üçün hazırlanmaq lazımdır” deye müraciət ediblər ancaq hakimin bu dediyindən bir çox vəkil xəbərsizdirlər. Fars xəbər agentliyinin məlumatına görə, bu gün başlayan məhkəmə prosesində prezident seçkilərindən sonra yaranmış gərginliklərdə şübhəli bilinən tanınmış siyasi fəallar - Müşarikət cəbhəsinin Mərkəzi Şurasının üzvi və İran Parlamentinin sabiq nümayəndəsi Əli Tacerniya, İranın Ziyalılar Təşkilatının baş katibi və tanınmış jurnalist Əhməd Zeydabadi, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvini dəstəkləyən gənclər təşkilatının sədri Şəhabuddin Təbətəbai, Karqozaran Partiyasının üzvi və İslahatçılar düşərgəsinin Əlaqələndirmə Şurasının üzvi Hidayət Aqayi, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin Tehran seçki qərargahının sədri Cavad İmamın işinə baxılır. Müttəhimlər bir çox səbəbə görə günahlandırılırlar. Ancaq bütün ittihamların kökündə “məxməri inqilab”-a, səylər kimi ittihamlar durur. Bir həftə öncə keçirilmiş birinci məhkəmə prossesində bəzi müttəhimlər tərəfindən verilmiş etiraflar? bir çox siyasi və məzhəbi şəxsiyətlər tərəfindən qəbul olunmur. Bu etirafların təzyiq altında verilməsinə inanan siyasi-məzhəbi simalar çox sərt reaksiya veriblər. Məlumata əsasən, bugünki məhkəmə prosesində ittiham olunanlar arasında Ris adlı fransalı qadın və Fransanın Tehrandakı səfirliyinin əməkdaşı xanım Duk Əfşar da var.GUNAZ.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar