SON XƏBƏRLƏR

ABŞ konqresmeni Erik Kantor: "Tehran Yaxın Şərq sülh prosesi qarşısında ən böyük maneədir"

2021.10.20, 07:36
 ABŞ konqresmeni Erik Kantor: "Tehran Yaxın Şərq sülh prosesi qarşısında ən böyük maneədir"

Gunaz.tv
Filipp Qordon: "İran həm ABŞ, həm də Rusiya üçün böyük və günü-gündən kəskinləşən problemdir" Respublikaçı konqresmen Erik Kantor deyib ki, rəsmi Vaşinqton İsrailə yəhudi yaşayış məntəqlərilə bağlı təzyiq göstərməkdənsə, İrandan gələn nüvə təhlükəsinə diqqət yetirməlidir. Qanuvericinin sözlərinə görə, İran Yaxın Şərq sülh prosesi qarşısında ən böyük maneədir. Çünki nüvə silahları istehsal etsə, o həm İsrail, həm Birləşmiş Ştatlar üçün təhlükə yaradır. Konqresmen Erik Kantor iki dövlətin mövcudluğu şərtilə həllə dəstəyini bildirmək üçün İordan çayının Qərb sahilində Fələstin liderlərilə görüşüb. Qeyd edək ki, Erik Kantor ABŞ Konqresinin 25 respublikaçı üzvündən ibarət nümayəndə heyətinin başçısı kimi bu həftə İsraildə səfərdədir. O, Konqresdə yeganə yəhudi respublikaçı konqresmendir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon isə bildirib ki, ABŞ İrana qarşı qadağalar tətbiq etmək istəməzdi. Amma nüvə silahı yaratmaq fikrindən imtina etmək üçün bu ölkəyə qarşı mütləq təzyiq göstərmək lazımdır: "Biz də qadağa tətbiq etmək istəyində deyilik. İstərdik ki, İranı beynəlxalq ictimaiyyətin sıralarına qayıtmağa razı salaq. Bu belə olsaydı, başqa üsullar axtarmazdıq. Düşünürük ki, İrana qarşı Rusiya ilə birgə təzyiqləri gücləndirmək lazımdır". Son aylar Rusiyanın İrana qarşı mövqeyinin dəyişib-dəyişməməsinə dair suala isə o belə cavab verib: "Mən bu istiqamətdə dramatik bir dəyişiklik görmürəm. Amma deyəsən, son vaxtlar Rusiyada İranın nüvə silahına malik olmaq istiqamətində hərəkət etdiyinə əminlik artıb". Filipp Qordonun fikrincə, İran həm ABŞ, həm də Rusiya üçün böyük və günü-gündən kəskinləşən problemdir: "İran nüvə silahının əldə olunması üçün imkan yaradarsa, regionda nüvə silahı daha da çox yayılmağa başlayacaq. Həmçinin İsrail yaxud hər hansı bir digər dövlət tərəfindən hərbi əməliyatlar riski artacaq". O bildirib ki, bu, Birləşmiş Ştatlar və Rusiyanın görmək istədiyi hal deyil: "Bu səbəbdən bunun qarşısının alınması istiqamətində ümumi maraqlarımız var. Düşünürəm ki, rəsmi Moskva bu fikirlərə şərikdir. Nüvə silahına malik olan İran Rusiyanın maraqları çərçivəsində deyil". Eyni zamanda diplomat ABŞ prezidenti Barak Obamamının İranla danışıqlar aparmağa və İranın dinc nüvə proqramını dəstəkləməyə hazır olduğunu bəyan etdiyini xatırladıb: "Biz bu mövzu ilə bağlı "altılıq" üzrə tərəfdaşlarımızla bir sıra təkliflər irəli sürmüşük və İrana qarşı ciddi əhval-ruhiyyədəyik. Vaxt ötür, İranın nüvə sentrifuqları isə artmaqda davam edir". Sonda Birləşmiş Ştatlar təmsilçisi bildirib ki, İrandan cavab gəlməzsə, Amerikanın İrana qarşı təzyiqləri artacaq. Bu arada İranda neft məhsullarının tədarükünə qarşı ABŞ-ın sanksiya tətbiqinin nəticələrini Qərb analitikləri şərh edərək bu cür tədbirin ikili nəticəsinin olacağını diqqətə çatdırıblar. Analitiklər dünyada 5-ci böyük neft ixrac edən ölkə olan İran hasilat müəssisələrinin az olması səbəbindən ölkədə hasil edilən neftin daha böyük bir hissəsini satmaq məcburiyyətində olacaq. "Asia Pacific Energy Consulting"in direktoru El Törner bildirib ki, sanksiya ixracı dayandırmayacaq, onu daha baha və əlverişsiz edəcək. Biznes iştirakçıları mövcud siyasi və maliyyə risklərini öz üzərlərinə götürəcəklər. Belə olan halda ixrac davam edəcək, ancaq çox baha olacaq". Ancaq digər ekspertlər hesab edirlər ki, sanksiya məhz qarşısına qoyduğu məqsədə çatacaq. Onların fikrincə, idxal üçün daha çox maliyyə sərf etmək İran büdcəsinə ciddi təsir göstərəcək. Onu da qeyd edək ki, ABŞ və digər ölkələrin sanksiya tətbiqi Amerika siyasətindən daha az asılı olan treyderlər üçün yeni şans verir.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar