SON XƏBƏRLƏR

Milli fəallara bir il həbs hökmu çixarıldı

2021.10.20, 07:36
Milli fəallara bir il həbs hökmu çixarıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Zəncan İnqilab Məhkəməsi 4 ay əvvəl həbs edilmiş milli fəallar "Bəhram Vahidi, Sorna Haşimi, Atəş Rayici, Pəyam Şəkiba və Məhəmməd Həsən Cüneyli"-nin cəzalarını açıqlayıb. Soydaşlarımız kütləvi aksiyalara təhrikçilikdə günahlandırılaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Sulduz şəhərindən olan milli fəal Sirus Siyami 20 gündür qeyri-qanuni olaraq həbsxanada saxlanılır. Üç aylıq həbs cəzasını yenicə bitirmiş Siyami rejim tərəfindən yenidən cəzalandırılıb. Onu məhkəməyə çağırıb və qanunsuz həbs ediblər. Musiqiçi olan Sirus Siyami 2006-cı ilin may hadisələri zamanı da milli marş bəstələdiyi üçün həbsə atılmışdı.DAK

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar