SON XƏBƏRLƏR

Metyu Brayza: Münaqişə 3 prinsip əsasına həll olunmlıdır. ərazi bütövlüyü, öz müqəddaratını təyinetmə və gücün tətbiq edilməmə..

2021.10.20, 07:36
Metyu Brayza: Münaqişə 3 prinsip əsasına həll olunmlıdır. ərazi bütövlüyü, öz müqəddaratını təyinetmə və gücün tətbiq edilməmə..

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “İnterfaks”a istinadən yaydığı məlumata görə, Münaqişənin həlli variantı mümkünlüyü baradə danışan amerikalı diplomat bəyan edib ki, Madrid sənədinə əsasən Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi təmin edilməli, referendum keçirilənədək isə müvəqqəti status yaradılmalıdır. Brayzanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üç əsas prinsip əsasında həll olunacaq. Bunlar ərazi bütövlüyü, öz müqəddaratını təyinetmə və gücün tətbiq edilməməsi prinsipləridir. Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana qaytarmalıdır. bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza bildirib. “Beş rayon dərhal, iki rayon isə müəyyən zaman ərzində qaytarılmaldır. Bu, beş ilədək uzana bilər. Həmçinin münaqişə zonasına beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir. Onların tərkibini tərəflərin özləri müəyyənləşdirəcəklər”,- deyə Brayza bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar