SON XƏBƏRLƏR

Ayətüllah Saneyi işkəncə altında alınan etiraflarla bağlı bir neçə sualı cavablandırıb

2021.10.20, 07:36
Ayətüllah Saneyi işkəncə altında alınan etiraflarla bağlı bir neçə sualı cavablandırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin Ayətüllahın xususi saytından əldə etdiyi məlumata görə,Şiələrin təqlid mərcəsi, Ayətüllah Saneyi bir sıra öz müqəllidlərinin suallarını belə cavablandırıb: Sual: həbsdə olan müttəhim təzyiq altında olarkən, o təzyiqlərdən qurtulmaq üçün ondan istənilən etirafı, edərsə günahkar sayılırmı? Cavab: günahı o adam etmiş olur ki belə etirafıarı almağa səbəb olur Sual: tək nəfərlik kameralarda saxlanılan müttəhimlərdən ruhi və cismi işkəncələr vasitəsi ilə etiraf almaq nə qədər doğrudur? şəriətimiz bu haqda nə deyir? Cavab: bütün insanları ruhi və cismi işkəncə etmək haram sayılır və kəbirə günahı hesab olunur, harda qaldı kı bu işkəncələr zindanda kı əsirlərə tətbiq olunsun!!! Sual: zindanda saatlarla birisini sorğu-suala çəkmək xususi ilə gecə yarısı qorxu içində etiraf almağa çalışmaq, şəriətdə olaraq cayizdir? Cavab: belə etiraf almalar qətiən haramdır və bu bir mənalıdır. Bundan öncədə Ayətüllah Saneyi qeyd etmişdi ki nahaq yerə tökülən qan istibdadçıların yaxasını tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar