SON XƏBƏRLƏR

Iranda 12 yaşlı uşaq polisin dəyənək zərbələrindən dünyasını dəyişib

2021.10.20, 07:36
Iranda 12 yaşlı uşaq polisin dəyənək zərbələrindən dünyasını dəyişib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda prezidentin and içmə mərasimi keçirilib və Əhmədinəjad ikinci dəfə olaraq prezident vəzifəsinə rəsmən başlasada İranda etiraz aksiyaları sengimək bilmir. Bu aksiyalarda Rəsmi mənbələrə görə ən azı 30 insan hayatını itirib. Yüzlərlə yaralı və tutulanlar var. Siyasi çəkişmələr isə gündən günə yeni müstəviyə keçir. “Olaylar”in Güney mənbələrinə istinadən yaydığı xəbərdə qeyd olunur ki həlak olanların 40 mərasimi zamanı insident yaşanıb. İran polisi narazıları dağıtmaq istəyən zaman öz atası ilə mərasimə gəlmiş 12 yaşlı Əlirza polisin dəyənəyinə tuş gəlib və bununlada aldığı zərbədən hayatını itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar