SON XƏBƏRLƏR

Beynəlxalq Jurnalistlər Federasiyası Iran jurnalistlərinin səsinə səs Verdi

2021.10.20, 07:36
Beynəlxalq Jurnalistlər Federasiyası Iran jurnalistlərinin səsinə səs Verdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin yerli və xarici KİV-nə istinadən yaydığı məlumata görə, Tehrandakı “İran müstəqil Jurnalistlər Assosiasiyası qurumu”-nun ofisi məhkəmə orqanları tərəfindən bağlanıb. Bunu adı gedən qurumun resmiləri bildiriblər. Beynəlxalq Jurnalistlər Federasiyası bu gün bəyanat verərək, İran rəsmilərini, “jurnalistləri qorxutma kampaniyası” na son qoymağa çağırıb. Təşkilatın bildirdiyinə görə, Tehrandakı ofisdə reyd silahlı şəxslər tərəfindən həyata keçirilib. Təşkilatın informasiyasına görə, 42 jurnalist hazırda həbsdədir Federasiyanın baş katibi Aydan Uayt İranın Avropa İttifaqı və Brüsseldəki səfiril ilə görüşüb. O deyib ki, bu federasiyanın iran filialının fəaliyətinə imkan yaranmalıdır. BJF media və jurnalistlərə qarşı atılan addımları İran hökumətinin beynəlxalq aləmdə nüfuzuna zərbə adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar