SON XƏBƏRLƏR

Tehran NATO əleyhdarı tapıb . İran KTMT ilə əməkdaşlığını davam etdirir

2021.10.20, 07:36
Tehran NATO əleyhdarı tapıb . İran KTMT ilə əməkdaşlığını davam etdirir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, KTMT-nin baş katibi Nikolay Bordyuja bildirib ki, İran Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunu əldə etmək üçün ərizə verməyib, amma təşkilat ilə əməkdaşlığı bir sıra istiqamətdə davam etdirir: "İran bizim bəzi əməliyyatlarımızda, misal üçün Əfqanıstanın narkotik trafiki üzrə əməliyyatda çox uğurla və fəal iştirak edir, narkotiklərin daxil olması üzrə bu və ya digər kanalların bağlanması üçün xeyli sayda adam ayırır. Bu gün İran tərəfinin müşahidəçi statusunun alınması, KTMT-yə daxil olmaq üzrə məsələyə baxılması istiqamətində konkret addım atması hələlik hiss olunmur. Qeyd edək ki, martın sonunda İranın Rusiyadakı səfiri Mahmud Səccadi bidirib ki, Tehran KTMT-nin fəlaiyyətini maraqla izləyir. KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.xalqcebhesi.turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar