SON XƏBƏRLƏR

Vladimir Putinin ankara səfəri bir neçə sazişlə nəticələndi

2021.10.20, 07:36
Vladimir Putinin ankara səfəri bir neçə sazişlə nəticələndi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İki ölkə atom enerjisi sahəsində əməkdaşlıq etmək qərarına gəlib Türkiyə və Rusiyanın baş nazirləri arasında aparılan danışıqların yekunu üzrə atom enerjisi sahəsində əməkdaşlığa dair protokol imzalanıb. sənəd Türkiyə ərazisində AES-in tikintisi layihəsinin reallaşdırılması üzrə gələcək planlarla bağlıdır. Bundan əlavə, tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə əməkdaşlıq və nüvə qurğuları barədə informasiya mübadiləsi, habelə nüvə qəzaları barədə xəbərlərin operativ ötürülməsi haqqında iki hökumətlərarası saziş imzalayıb. Hökumət başçıları həmçinin neft sahəsində əməkdaşlığa dair protokola imza atıb. Sənəd Samsun-Ceyhan neft kəmərinin tikinti layihəsinin yeni reallaşdırma planlarını, xüsusilə də, ehtiyat bazası və nəqliyyat ölçülərinin öyrənilməsi üzrə birgə işçi qrupun yaradılmasını nəzərdə tutur. Eyni zamanda baş nazirlər qaz sahəsində əməkdaşlığa dair protokol imzalayıblar. Sənəd baş nazirlərin İtaliyanın Nazirlər Şurasının sədri Silvio Berluskoni ilə görüşü və hökumətəlarası danışıqların yekunu üzrə imzalanıb. Belə ki, sənədin imzalanması “Cənub axını” və “Mavi axın-2” qaz kəmərlərinin tikintisi layihələri üzrə yeni razılaşmaları özündə əks etdirir.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar