SON XƏBƏRLƏR

Mehmet Ali Şahin Türkiyə Parlamentinin sədri seçildi

2021.10.20, 07:36
Mehmet Ali Şahin Türkiyə Parlamentinin sədri seçildi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin Türkiyə KİV-nə istinadən yaydığı məlumata görə, AKP-nin namizəd Mehmet Ali Şahin 3-cü turda 338 səs toplayaraq parlament sədri postuna yiyələnib. O, Aatürkün qurduğu cümhuriyyəti daha da inkişaf etdirmək üçün çalışacağına söz verib. Xatırladaq ki, Mehmet Ali Şahin dünən keçirilən birinci turda 315, ikinci turda 322 səs almışdı. Üçüncü turda DTP-nin namizədi Hasip Kaplan namizədliyini geri götürmüşdü. Bu gün baş nazir Rəcəb Tayyib Ərdoğanla DTP sədri Ahmet Türk də ilk dəfə bir araya gələrək görüşmüşdülər. Siyasi müşahidəçilər Mehmet Ali Şahinin səsini üçüncü turda nisbətən artırmağa nail olmasını AKP-DTP münasibətlərindəki istiliklə əlaqələndirirlər. Bununlada Mehmet Ali Şahinin parlament sedriliyinə seçilməsi DTP yardımı ilə mümkün olub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar