SON XƏBƏRLƏR

İranın nüvə silahı bölgəyə təhlükədir

2021.10.20, 07:36
İranın nüvə silahı bölgəyə təhlükədir

Gunaz.tv
"Hadisələrin inkişafı Güney Azərbaycan məsələsinin aktuallaşmasına səbəb olacaq" Nüvə proqramından əl çəkməyərək, Birləşmiş Ştatlarla İsrailin əsəblərilə oyanamaqda davam edən İrandan Qərbi daha ciddi şəkildə narahat edən məlumatlar gəlir. Həmin xəbərlərə görə, Tehran uzunmüddətli çalışmalardan sonra özünün nüvə silahını yaratmaq üçün uyğun texnologiya və yetərli səviyyədə xammal hazırlaya bilib. Böyük Britaniyanın "The Times" nəşri cəmi bir neçə aydan sonra İranın nüvə silahına tam sahiblənəcəyi haqda informasiya yayıb. Adıçəkilən qəzet İranın "nüvə xammalı"na aid müəyyən statistikanı da təqdim edib. Bildirilir ki, son illərdə bu istiqamətdə fəaliyyətini xeyli gücləndirən İran artıq bir tona yaxın yüksək dərəcədə zənginləşdirilmiş uran əldə edib. Bir ton uranın emalı nəticəsində onun ümumi həcminin 3 faizi civarında plutonium hazırlana bilər. İranın nüvə proqramının davam etdirilməsi və Tehranın öz məqsədinə heç vaxt olmadığı qədər yaxınlaşması sözsüz ki, Qərbi və İsraili ciddi surətdə narahat edir. Hər zaman preventiv addımlara üstünlük verən Tel-Əviv isə İranla bağlı böyüyən təhlükəni önləmək məqsədilə bu ölkəyə zərbə endirmək niyyətini hələ bir müddət əvvəl açıqlamışdı. Bu bəyanatdan sonra İsrailə İranı vurmağa mane olmayacağını bildiriən Birləşmiş Ştatlar isə növbəti mərhələdə Tel-Əvivi bu addımdan çəkindirmək məqsədilə diplomatik səylərini xeyli artırdı. Hətta ABŞ-ın müdafiə naziri Robert Qeyts İsraili bir qədər də gözləməyin vacibliyinə inandırmaq üçün Tel-Əvivə gəldi və burada dövlət rəhbərlərilə davamlı müzakirələr apardı. Amma İsrail rəsmiləri Amerikanın bu təkidlərinə baxmayaraq, İranı vurmaq planlarını təxirə salmaqdan imtina etdilər. Bu yerdə vurğulamaq lazım gəlir ki, əksər politoloqlar İsrailin bu qətiyyətini "blef" kimi qiymətləndirdi və İrana təzyiq xarakteri daşıdığını bildirdi. Onlar indi də belə hesab edirlər ki, İsrail Ağ Evin xeyir-duası olmadan hansısa addım atmağa cəsarət etməz. Amma bu təhdidlər İranda elə də böyük həyəcana səbəb olmadı. Hər halda, İran rəsmiləri Tel-Əvivin hədələrinə nəinki təmkinli cavab verdilər, hətta bildirdilər ki, İsrail hücum edərsə, cəmi bir neçə saatdan sonra onu yer üzündən silərlər. Maraqlıdır ki, İranın nüvə silahına malik olacağı tarixlə bağlı Amerika və İsrail kəşfiyyatının məlumatları da üst-üstə düşmür. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu müddəti bir neçə il civarında göstərdiyi halda, "Mossad" İranın ən geci bir ildən sonra özünün nüvə silahını yaradacağını iddia edir. İran isə bu müzakirələrə zahirən əhəmiyyət verməyərək, nüvə dövləti olmağa addım-addım yaxınlaşır. Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə İranın bu hazırlıqlarını dayandırmayacağı halda, ona qarşı səslənən təhdidlərin reallaşa biləcəyi qənaətindədir: "Həqiqətən də, İranın nüvə proqramını bu şəkildə davam etdirməsi onun Qərblə münasibətlərindəki gərginliyi son həddə çatdırıb. Bu mənada İsrailin və Amerikanın narahatlığının artması anlaşılan məsələdir. İsrail də, Amerika da İranın nüvə silahına malik olacağı təqdirdə molla rejiminin hansı avantüralara əl ata biləcəyinin fərqindədir. Ona görə də, İranı bu niyyətindən daşındırmaq üçün hərbi vasitələrə əl atılmasının mümkünlüyünü daha ciddi şəkildə bəyanlayırlar. İsrail artıq öz hərbi potensialını İranla mümkün savaşa səfərbər edib. Amerika isə yeni prezidentin siyasətinə uyğun olaraq, bir qədər gözləmə mövqeyi tutub. Obama hələ də ümid edir ki, İran dünya birliyinin çağırışını düzgün qiymətləndirməyi bacaracaq. Amma İran tərəfi bu xəbərdarlıqlara məhəl qoymasa, onun vurulması ehtimalı çox ciddidir. Çünki Qərb də İranın nüvə dövlətinə çevrilməsinə imkan verməmək üçün lazımi addımları atmaq iqtidarındadır. Bu məsələnin son həddə çatması Qarabağ münaqişəsinin həllini sürətləndirməklə yanaşı, Güney Azərbaycan məsələsinin son dərəcə aktuallaşmasına da səbəb olacaq. ABŞ İranın vurulmasına qərar verərkən, oradakı əsas qüvvənin, yəni türklərin maraqlarını nəzərə almaya bilməz. Eyni zamanda, İranla müttəfiq olan Rusiyanın bu proseslərə müdaxiləsinə imkan verməmək məqsədilə onun Cənubi Qafqazda mövqelərini də maksimum zəiflətməyə çalışacaq".xalqcebhesi.Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar