SON XƏBƏRLƏR

Mübahisəli seçki nəticəsində ikinci dəfə İran prezidenliyinə seçilən Əhmədinəjad and içdi

2021.10.20, 07:36
Mübahisəli seçki nəticəsində ikinci dəfə İran prezidenliyinə seçilən Əhmədinəjad and içdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün (05.08.2009) ikinci müddətə prezident seçilmiş Mahmud Əhmədinəjad and içib. And içmə mərasimi İran parlamenti binasında keçirilib. Bu seçki nəticələri mübahisəli olaraq qalır. Elə buna görə də mərasim keçirilən zaman İran prezidentliyinə islahatçı namizəd Mirhüseyn Musəvinin tərəfdarları parlament binasının qarşısına toplaşıblar. Polisin aksiya iştirakçılarına qarşı zor tətbiq edib etməməsi haqqında müxtılif məlumatlar var. Bəzi məlumatlara görə polislə aksiyacılar arasında qarşıdurma baş verib. Andiçmə mərasimində tanınmış müxalifətçi siyasətçilər və sabiq prezident Əkbər Haşəmi Rəfsəncani iştirak etməyib.İran müxalifəti bu gün paytaxt Tehranda Əhmədinejada qarşı geniş miqyaslı aksiyalar keçirməyi planlaşdırır. Artıq ABŞ da Əhmədinejadı İran prezidenti olaraq tanıyıb, amma prezident seçilməsi münasibətilə təbrik etməyib. Fransa, Almaniya və İngiltərə də İran prezidentini təbrik etməyəcəklərini açıqlayıblar. Onlar qərarlarını seçkilərin nəticələrinin İran daxilində birmənalı qəbul olunmaması ilə əsaslandırıblar. İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonra etiraz nümayişləri zamanı toqquşmalarda 30-dan çox adam ölüb. Seçkinin saxtalaşdırıldığını deyən yüzlərlə müxalifət tərəfdarı isə həbs olunub. Siyasi çəkişmələr isə hələ ki İranın gündəmini təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar