SON XƏBƏRLƏR

DAK fəxri sədri Qulamrza Səbri Təbrizinin “Hürriyyət” qəzetinə müsahibəsi

2021.10.20, 07:36
DAK fəxri sədri Qulamrza Səbri Təbrizinin “Hürriyyət” qəzetinə müsahibəsi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi DAK fəxri sədri Qulamrza Səbri Təbrizinin “Hürriyyət” qəzetinə verdiyi müsahibəni olduğu kimi təqdim edir. Qulamrza Səbri Təbrizi. Bu ad uzun illər Güney Azərbaycanın ürəyi Təbrizdə bütün milli ziyalılar arasında ən çox duyulan və sevilən isimlərdən biridir. Qulamrza bəyin bir pedaqoq, alim və yazar kimi milli təəssüb uğrunda nə Məhəmmədrza şah Pəhləvi irticasından, nə də teokratik molla rejimindən qorxusu olub. Uzun illər yetişdirdiyi tələbələri də onun ardıcılı olmaqdan qürur duyublar. Ömrünün bir hissəsini isə İngiltərənin Edinburq Universtetində professor kimi çalışıb. Onun tələbələri arasında İngiltərənin baş naziri vəzifəsi pilləsinə qədər ucalmış Toni Bleyer kimi şəxsiyyələr yetişib. O, İngiltərədən bütün dünyaya yayılan BBC TV kanalında xüsusi siyasi icmalçı, şərhçi kimi də Qərb aləmində məşhurdur. Bakıda törədilən 1990-cı il 20 yanvar qanlı faciəsini BBC TV kanalından beş saatlıq müddətinə heç nədən çəkinmədən bütün dünyaya yayınlayan da məhz Qulamrza bəy olmuşdur. Biz onunla görüşərək İranda, Güney Azərbaycanda baş verən hadisələr, dünya birliyinin bu məsələyə münasibətinin bəlli olmayan sirlərini əldə etməyə çalışdıq. İranda insanlar artıq molla rejiminə qarşı açıq etiraz edirlər - Qulamrza bəy siz uzun təcrübəsi olan şəxs kimi, bir alim və tədqiqatçı olaraq bu gün Güney Azərbaycanda, eləcə də İranda yaşanan olayları necə qiymətləndirirsiniz. Ümumiyyətlə İranda nələr baş verir? Axı bir az əvvəl İranda prezident seçkilərilə bağlı ölkə daxilində, eləcə də bütün denyada bu proses çox ciddi şəkildə izlənildi. - Əvvala onu qeyd etmək lazımdır ki, 31 il bundan öncə İranda qatı fars şovinist siyasəti aparan Pələvilər xanədanlığı milyonlarla insanları bir araya gətirən inqilab nəticəsində devrilib. Məhz bundan sonra regionda teokratik bir rejim qurulub. İslami rejim kimi dəyərlənridilən bu hakimiyyətin daxilində uzun müddətdir yaşanlılan bir sıra ciddi gərginliklər, konfliktlər və təzadlar mövcud idi. Belə ki, bütün problemlərin arxasında cümhuriyyət və islam rejimi tərəfdarları durublar. İslam rejiminin tərəfdarları dövlətin doqmatik və klerikal qanunlar çərçivəsində idarə olunmasını daha sərt şəkildə müdafiə edirlər. Cümhuriyyət tərəfdalarının əsas strategiyası isə hakimiyyətin doqmatik və klerikal rejim tərəfdalrarının vasitəsilə deyil, məhz respublikaçılıq perinsipləri ilə idarə olunmasına önəm verilməsidir. Bu sırada indiki haldda Haşımi Rəfsancani və Mirhüseyn Musəvinin tərəfdarları dururlar. Bu iki qüvvənin tərəfdarları uzun illərdir həm parlamentdə, həm də hökumətdə yetərincə təmsil olunublar. Islami rejim tərəfdarları uzun illərdir ABŞ-ı hədələmək, onun əleyhində ölkə daxilində mənfi düşmən obrazı yaratmaqla daim öz mövqelərini möhkəmləndirmək və gücləndirmək siyasətini yürüdüblər. Bu siyasət sonuncu ABŞ prezidenti Corc Buşun zamanında özünün ən yüksək səviyyəsainə dalxmışdı. Uzun müddət teokratik rejimin müdafiəçiləri əhalinin savadsız kütləsini fanatikcəsinə öz tərəfdarlarına çevirməklə demək olar ki, cümhuriyyət tərəfdarlarına qarşı həm də ölkə daxilində çox böyük mənada güc olduqlarını isbatlamağa çalışıblar. Teokratik rejimin gücü olan bu qüvvə ölkə daxilindəki problemləri, ixtilafları ictimai fikirdən yayındırmaq üçün fanatiklərdən ibarət bir sıra silahlı təşkilatlar, cəmiyyətlər qurublar. Onlarn ölkədəki mövcud olan problemlərdən cəmiyyəti yayındırmaq üçün xarici düşmən obrazı kimi İsraili daim hədəfə alıblar. Guya bu fanatik qüvvələr istənilən zaman İsraili bir dövlət kimi məhv etmək gücündədirlər. Hətta bütün dünya müsəlmanlarının əsas düşməni kimi S. Buşu da bu sıraya əlavə etmişdilər. -Axı, indi Barak Obama ABŞ-da hakimiyyət başındadır. - Bəli, Barak Obama hakimiyyətə gələndən sonra ABŞ tarixində ilk prezident olaraq İran hakimiyyətinə əl uzatdı. Cənab Obama açıq şəkildə bəyan etdi ki, ABŞ bir dövlət olaraq İranla bütün sahələrdə dialoq qurmağın tərəfdarıdır. ABŞ İranla bütün sahələrdə birgə əməkdaşlığın olmasını istəyir. Məhz bu açıqlamadan sonra İrandakı klerikal hakimiyyət tərəfdarları dərhal bundan narahat olmağa başladılar. Hətta İran ayətüllahlarının dini lideri Seyid Əli Xameneyi və onun ətrafı bu dəfə də xalqı aldatmaq üçün açıq təbliğata keçərək bildirdilər ki: “ABŞ bizə yaxınlaşmaqla yeni xəyanət ssenarilərini həyata keçirmək istəyir. ABŞ İran kimi möhtəşəm islami dövlətin qüdrətini və gücünü anladığı üçün bizdən ehtiyat edir. Çünki, İran bu gün elə bir qücə çevrilib ki, istənilən an İsraili məhv edə bilər”. Bütün bunları biz diqqətlə təhlil etdikdə görürük ki, Xameneyi və onun rəhbəri olduğu Vilayəti Fəqih tərəfdarları əslində ABŞ hökumətinin yeni siyasətindən, yəni dialoqların aparılmasından qorxur. Vilayəti Fəqih tərəfdarlarının belə bir qorxaq mövqeyini görən liberal siyasət, yəni cümhuriyyət tərəfdarları dərhal ilk dəfə açıq siyasi hücumları təşkil edərək bildirdilər ki: “Obama İran dövlətinə dostluq əli uzadır. Burada təhlükəli heç nə yoxdur”. Bütün bunları sadalamaqda məqsədim odur ki, bu rejimin yaradıcıları 1927-ci ildə İranda hakimiyyətə gəlmiş Rza Pəhləvidən başlayan fars şovinist siyasətinin tərəfdarları kimi antitürk, anti Azərbaycan siyasətini davam etdiriblər. 1927-ci ildən 1978-ci ilə kimi pəhləvilər sülaləsi, 1978-ci il İslam İnqilabından sonra isə indiki molla hakimiyyəti Güney Azərbaycanın iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişaf etməsinə qarşı olublar. 31 il hakimiyyətdə olan mollaların əsas siyasəti Güney Azərbaycan məsələsini tamam unutdurmaq olub. Halbuki 1978-1979-cu il inqilabında hakimiyyətdən devrilən M. Pəhləvi kimi qanlı diktatorun törətdiyi cinayətləri nəzərə alaraq həmin bu mollalar şah rejimi zülmü altında əzab çəkən bütün xalqların milli hüquqlarını tanıyacaqlarını elan etmişdilər. Mollaların özlərinin qəbul etdikləri Ana Yasanın 15-ci maddədə açıq şəkildə bildirilir ki: “İran İslam Cümhuriyyətində bütün millətlər öz milli dildə məktəb açmaq, kitab, qəzet və dərgi nəşr etdirmək, televiziya və radio kanalları açmaq, dövlət idarələrində öz milli dillərində sənədləşdirmələr aparmaq hüququna sahibdirlər”. Ancaq, bu qanuna heç zaman əməl olunmayıb. Buna görə də uzun müddət susan və bütün məhrumiyyətlərə dözən Güney Azərbaycan öz milli hüquqlarının bərpa olunması tələbləri ilə 2006-cı ildə teokratik rejimə üsyan edərək yenidən ayağa qalxdı. Bəli, Güney Azərbaycanda insanların səbr kasası dolduğu üçün yüzminlərlə etirazçılar Təbriz, Zəngan, Urmu, Qəzvin, Ərdəbil, Həmədan və digər şəhərlərdə, qəsəbə və kəndlərdə ayağa qalxdılar. Bu zaman İran rejimi Güney Azərbaycanın yeni nəfəsdə və yeni məzmunda ayağa qalxmasından çox qorxmuşdu. Hakimiyyət əvvəlcə çalışdı ki, bu yüzminlərin üzərinə xüsusi qoşun növləri, cəza dəstələri ilə çıxsın. Ancaq, bunun əks effekt verəcəyindən çox ciddi şəkildə əndişəyə düşdülər. Ona görə də Tehran və Qumda bu problemi çözmək üçün yeni prezident seçkiləri məsələsini qabartmaqla prosesi bir qədər ləngitmək strategiyasını gündəmə gətirdilər. Bununla da İranda, eləcə də Güney Azərbaycanda bütün diqqətlər yeni prezident seçkilərinə yönləndirildi. Əslində mühafizəkar, yəni teokratik rejim tərəfdarlarının planlarına görə seçkidə sandıqdan cümhuriyyətçilərin, yəni liberalların nümayəndəsi kimi Mİrhüseyn Musəvinin çıxmaması üçün bütün seçki saxkarlarıqlarının metod və üsullarına da ciddi hazılıqlar görülmüşdü. Musəvinin səsini oğurlamaq, seçkilərin nəticələrini öz kadrı olan Mahmud Əhmədnicatın xeyrinə həll etmək istiqamətində isə diqqəti Tehrana yönəltməklə əslində paytaxtı bütün qoşun növləri ilə mühasirəyə almağa nail olmuşdular. Bununla yanaşı bütün dünyanın gözü qarşısında seçki saxtakarlığı oldu. Hətta lazım olan sənədləri belə sərt rejim tərəfdarları gizlədə bilmədilər. Əslində bu seçkinin xeyirli tərəfi bu oldu ki, İran islam Cümhuriyyəti adlanan bu rejimdə ilk dəfə olaraq iki böyük siyasi qütbün arasında mövcud olan dərin ixtilaflar indi açıq müstəviyə keçib. İnsanlar bu ixtilafların mənasına, dəyərinə və miqyasına xüsusi diqqətlə yanaşırlar. İslahatçılar teokratik rejimin tərəfdarı olan gücün, onun başında duran ayətullahların ötən 31 ildə topladıqları sərvətlərin miyqyasını və hüdudunun nədən ibarət olduğunu anlamağa başlayıblar. Çünki, bu seçkilərdə milyonlarla insan Əhmədnicata deyil, məhz xalqla daha səmimi münasibətdə olan, ölkədə reformların aparılmasının vacibliyini qəti şəkildə vurğulayan Musəviyə səs veriblər. Musəviyə səs verən milyonlarla insan bu gün hakimiyyətin və dövlətin liberallaşmasının tərəfdarı olan liderlərin gündəlik fikir və açıqlamalarını diqqətlə dinləyirlər. İndi maraqlı görünən tərəf odur ki, mühafizəkar kəsimlə liberallar arasında konfliktlər günbəgün artmaqda və inkişaf etməkdədir. Hər iki tərəfin tərəfdarları arasında gərgin mübahisələr dərinləşməkdədir. Unutmaq olmaz ki, bu rejimdən uzun illər faydalananların say nisbəti uzun illər kasıblıq, möhtac içində yaşayanlardan qat-qat azdır. Buna görə də rejimə etiraz edənlərin sayı və gücü daha da çoxalmaqda, siyasi və sosial mənada böyüməkdədir. -Sizin fikrinizcə bu proses hansı formada və siyasi mənada ictimai böhranlara səbəb ola bilər? - Musəvinin timsalında ölkədə reformların yanında duran milyonlarla insanlar canlı surətdə şahid oldular ki, Allahın böyüklüyünə sığınaraq dindən, imandan, islami vəhdətdən uzun illərdir moizə oxuyanlar, ali ruhani mərtəbəsinə qədər ucalanlar Allahsızlıq edərək onların seçki zamanı səslərini oğurlayaraq öz namizədlərinin hesabına saxtakarlıq etdilər. Çünki, Musəvi seçki prosesində seçicilərin ona nə qədər səs verdiklərinin sayını, eyni zamanda seçki protokollarını tələb etmişdi. İranın daxili işlər nazirliyi isə bu tələblərə əməl etmədi. Bütün bunları Musəvi aşkarlıq və demokratik prinsiplər çərçivəsində ictimaiyyətlə birlikdə gündəmə gətirdi. Əhali tərəfindən haqlı olaraq Vilayəti Fəqihin başında duranlara qarşı dərin bir nifrət hissləri yaranıb. Onların din pərdəsinə bürünərək əsl saxtakarlığın yanında durmalarına pis baxırlar. Prezident seçkilərinin nəticəsi olaraq seçki saxtakarlığına etiraz edənlərin sayının miqyası on milyonları ötəcəyini həmin bu Vilayəti Fəqih rəhbərliyi hesablamamışdı və gözləmirdi də. Bu gün Tehran başda olmaqla İranın hər yerində etiraz edənlərə qarşı artıq silahlı güc tətbiq etməkdə molla rejimi aciz qalıb. Halbuki, Musəvinin özü elə bu rejimin fəal qurucularından biri olub. Musəvi xalqa yaxınlaşdıqca teokratik rejimin çürüdüyünün və xalqın yanında olmaq kimi müqəddəs amalın mənasını anladı. Buna görə də xalqın tərəfinə keçib. Bütün bunları beynəlxalq birlik də diqqətlə təqib etməkdədir. Ancaq, bu proseslərin Güney Azərbaycan məsələsinə heç bir aidiyyatı yoxdur. Seçki saxtakarlığına qarşı etiraz dalğaları sadəcə Tehran çevrəsində baş verməsinə olan diqqətlərin yönlədilməsi isə bunun təsdiqidir. Halbuki, Güney Azərbaycanın bütün şəhərlərində seçki saxtakarlığına qarşı ən kəskin və möhtəşəm etiraz hərəkatları olub. Biz bütün bunları diqqətlə və dərindən təhlil etdikdə görürük ki, həinki İrandakı mühafizəkar siyasət tərəfdarları, eləcə də dünyanın aparıcı gücləri, siyasi çevrələri tərəfindən Güney Azərbaycan probleminin arxa plana çəkilməsi, bu məsələnin qapadılması, hətta unutdurulması kimi dərin siyasətlər baş verməkdədir. -Hörmətli professor, burada həmin güclərin nə maraqları var ki? -Əgər beynəlxalq birlik sadəcə seyrçi mövqedə durmasaydı, İrandakı seçki saxtakarlığına qarşı təpkilərini gücləndirsəydilər, bu zaman seçicilərin əksəriyyətinin səsini qazanmış Musəvinin qanuni vəzifəsinə sahib olmaqla yanaşı Güney Azərbaycandakı proseslərə də çox ciddi təsiri olacaqdı. Güney Azərbaycan Milli Hərəkatı daha da güclənəcəkdi. Bu proses həm də Vilayəti Fəqih qüvvələrinin zəifləməsinə səbəb olacaqdı. Onların baxmayaraq ki, “İslam İnqilabının Keşikçiləri-Sepah” kimi orduları var, cəmiyyətdə artan gücdən qorxaraq geri çəkilməyə məcbur olacaqdılar. Bütün bunları dəyərləndirərək dünya birliyi də Musəvinin qanuni hüquqlarının qorunmasının yanında durmadı. Çünki onlar yaxşı bilirlər ki, Musəvi prezident elan olunan kimi, o, dərhal Azərbaycan türkü olmasını elan edəcək, hər bir millətin milli azadlıqlarını tanıyacağını bütün dünyaya duyduracaqdı. Bəli, bu addımın ardınca Güney Azərbaycan anlayşının dünya birliyi tərəfindən tanınması çox ciddi problemlərinə səbəb ola bilərdi. Musəvini seçkilərdən sonra ölkədə kütləvi ixtişaşlar törətməkdə, dövlətə qarşı terrora çağırışda ittiham edərək onun terror olunması planı da hazırlanmışdı. Ancaq, bütün İran boyunca Güney Azərbaycan türkləri əllərindəki elektron texnologiyaların hesabına hər biri bir informasiya mərkəzinə çevrildilər. Onların çevik şəkildə hazırladıqları İrandakı qanunsuzluqlar, ordu və təhlükəsizlik qüvvələrinin cinayət əməllərini ifşa edən video görüntülər, foto şəkillər bütün dünyaya ən qısa zamanda yayıldı. Belə bir kütləvi aksiya hələ dünya tarixində olmayıb. Məhz bu səbəbdəndir ki, Musəviyə qarşı planlaşdırılan terror aktı da baş tutmadı. (ardı var) Söhbətləşdi Ə. Yusifoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar