SON XƏBƏRLƏR

Iranda gizli qurum bombanı hazırlamaq üçün dini liderin əmrini gözləyir

2021.10.20, 07:36
Iranda gizli qurum bombanı hazırlamaq üçün dini liderin əmrini gözləyir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin yerli və xarici KİV-nə istinadən yaydığı məlumata görə, İranın nüvə fəaliyətinə qarşı beynəlxalq reaksiyaların artdığı ərəfədə Briyaniyanın “The Times” qəzeti bu barədə maraqlı bir iddia ortaya atıb. Yazılan məlumata görə, İran nüvə silahı əldə etmək üçün bütün texnologiyaları və zəruri miqdarda zənginləşdirilmiş uranı əldə edib. dünya maliyyə böhranı şəraitində bu informasiya yalnız İsraili maraqlandıracaq. Qalan dövlətlərin isə başları öz problemlərinə qarışıb. Həmin zənginləşdirilmiş uranı nüvə başlığına çevirmək və onu “Şahab-3" ballistik raketində yerləşdirmək üçün cəmi bir neçə ay lazımdır. Bildirilir ki, İranın nüvə proqramı üzərində yüzlərlə alim və mühəndis işləyir. Hərbi xarakterli nüvə proqramı əsasən Natanz şəhəri yaxınlığındakı yeraltı nüvə obyektində aparılır. Proqramı koordinasiya etmək üçün fizika üzrə alim Möhsün Fəxrizadənin rəhbərliyi altında ”Amad" adlı xüsusi gizli qurum yaradılıb. Fəxrizadə həm də İran İnqilab Keşikçiləri Şurasının üzvüdür. Kəşfiyyat xidmətlərinin əməkdaşları xəbər veriblər ki, İranın nüvə mütəxəssisləri ölkənin ali dini lideri Ayətulla Əli Xamneyidən əmr daxil olan kimi nüvə silahı istehsalına başlamağa hazırdır. Xəbər verildiyi kimi, ABŞ İsrailin İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlamasını önləmək üçün səylər göstərir. Bununla belə, İsrail əmin edilib ki, əgər məsələni diplomatik yolla həll etmək mümkün olmasa ABŞ özü İrana qarşı hərbi əməliyyatlara başlayacaq. İranın nüvə silahına nə zaman malik ola biləcəyi haqda məlumatlar və proqnozlar arasında ziddiyyətlər var. Amerika kəşfiyyatına görə, bu müddət 2-3 il çəkə bilər. İsrail kəşfiyyatı bir neçə aydan 1 ilə qədər müddət hesablayıb. Avropa ölkələrinin kəşfiyyatı da bu qənaəti bölüşür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar