SON XƏBƏRLƏR

İranı və Əhmədinejadı nə gözləyir? (Müsaibə)

2021.10.20, 07:36
İranı və Əhmədinejadı nə gözləyir? (Müsaibə)

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi BBC-yə verilən müsahibəni olduğu kimi təqdim edir. İranda şənbə günü mübahisəli prezident seçkilərindən sonra başlanan etiraz nümayişlərində iştirak etmiş 100-dək adamın məhkəməsi keçirilib. İranın keçmiş prezidenti Məhəmməd Xatəmi məhkəməni tənqid edib və özünün İnternet səhifəsində dərc etdirdiyi bəyanatda məhkəmə dinləmələrini "zərərverici şou" adlandırıb. O bildirib ki, bu məhkəmə iqtidarda olan ruhani quruluşuna ictimai inamı sarsıdacaq. BBC-nin Fars xidmətinin sabiq rəhbəri, İrana dair populyar siyasi kitabların müəllifi Bağır Moin deyir ki, İran üçün belə bir məhkəmənin keçirilməsi misilsiz bir haldır: Hələ indiyə kimi İranda belə böyük sayda şəxs üzərində məhkəmə prosesi olmayıb. Vitse-prezidentin, sıravi adamlarla yanaşı müttəhimlər kürsüsündə oturması olduqca qeyri-adi bir haldır. Bunun Əhmədinejadın inaqurasiyası ərəfəsində edilməsi çox rəmzi bir haldır. Etirafların televiziya ilə yayımlanması, kəşfiyyat nazirliyinin sabiq rəhbəri və sabiq prezident Xatəmi daxil olmaqla çoxlarını qəzəbləndirib. Müxalifətçilər deyirlər ki, bu etirafların necə əldə edildiyi aydındır və onların həqiqi olduğunu deyənlərə bişmiş toyuğun da gülməyi gələr. Lakin bu etiraflarda adamların səhv yola düşdüklərini, indi düz yola qayıtmalarını demələri, hakim rejimin maraqlarına uyğundur. Sual: Bu məhkəmələrin məhz indi - prezident Əhmədinejadın andiçmə mərasimi ərəfəsində keçirilir. Bu bilərəkdən belə edilib? Bazar ertəsi ali rəhbər Xameneyi Əhmədinejadı vəzifəsində təsdiq etməlidir. Çərşənbə günü isə parlamentdə onun inaqurasiyası keçiriləcək. Amma şübhə yoxdur ki, Əhmədinejad bu dəfə daha zəif lider olacaq. Onun ali rəhbərlə də münasibətlərində ziddiyyətlər var. Elə elita daxilində də, Əhmədinejadı gözü götürməyənlər əvvəlkindən çoxdur. Sual: Parlamentdə ona nə qədər səs tələb olunur? Onun özünə parlamentin səsləri lazım deyil. Lakin nazirləri vəzifələrində məhz millət vəkilləri təsdiq edirlər. Məhz burada prezident üçün problemlər yarana bilər. Elə ötən müddətdə onun parlamentlə çoxlu mübahisələri olmuşdu, bu dəfə vəziyyət daha da gərgin ola bilər. Sual: Belədirsə, Mahmud Əhmədinejad hökumət formalaşdırmağa nail olacaqmı? Nail olacaq,amma bu onun öz ürəyindən olan hökumət olmayacaq. Bu dəfə ali rəhbər onun işini daha yaxından izləyəcək. Əhmədinejad artıq kimi istədi işdən çıxara bilməyəcək və ya ali rəhbərin xoşu gəlmədiyi adamları vəzifəyə qoya bilməyəcək. Əhmədinejadı mühafizəkarların kiçik bir hissəsi dəstəkləyir. Məsələn, spiker Ləricani kimi mühafizəkarlar ondan daha geniş spektri əhatə edən hökumət təşkil etməyi tələb edirlər. Sual: Mühafizəkarlar arasında siyasi baxışlarına görə Əhmədinejad kimdir? O radikal mühafizəkar sayılır. Onu dəstəkləyən kiçik fraksiya düşünür ki, hazırkı islam respublikası sistemi işə yaramır. Onlar islam qanunları ilə işləyən sistem istəyirlər. Parlament buraxılmalı, məşəvərət tipli tədbirlərə ehtiyac qalmamalı, ölkəni yalnız İslam adından idadə etmək lazımdır. Buna görə də, Əhmədinejadın bir çox problemi olacaq. İlk növbədə ali rəhbərin özün belə dünyagörüşünə qarşıdır. Ali lider İslam Respublikasına sadiq adam olmalıdır. Çünki onun özü bu vəzifəyə həmin Respiblikanın konstitusiyası əsasında gəlib. Əhmədinejad və onun inandığı ruhanilər isə deyirlər ki, hökuməti də Allah təşkil edir. Onu insanlar seçməməlidirlər. Sual: Amma yəqin ki, gələn həftə Əhmədinejad prezident kimi təsdiq ediləcək. Bəs sonra nə? O 4 il bu vəzifədə qala biləcəkmi? İran cəmiyyətində hazırda dərin haçalanma var. Həm ona səs vermiş və verməmiş adamlar arasında, həm də elitada, Rəfsəncani və Xameneyi kimi simalar arasında. İslaahtçı zümrə düşünür ki, əgər insanların səslərui nəzərə alınmayıbsa, o zaman İslam Respublikası öz legitimliyini itirə və devrilə bilər. Rəfsəncani kimi siyasətçilər məhz bundan ehtiyat edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar