SON XƏBƏRLƏR

İran Prezidentinin təsdiqlənməsi yeni Aksiyalara səbəb oldu

2021.10.20, 07:36
İran Prezidentinin təsdiqlənməsi yeni Aksiyalara səbəb oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumatlara görə, yüzlərlə iranlı Tehran küçələrinə çıxaraq Mahmud Əhmədinejatın ölkə prezidenti seçilməsinə etiraz edib. Aksiya iştirakçıları Tehranda Vannak meydanı və Vəli Əsr prospekti boyu İran təhlükəsizlik qüvvələrinin nəzarəti ilə hərəkət ediblər. Bir çox nümayişçi "Diktatora ölüm", digərləri isə "Allah böyükdür" şüarları səsləndirib. Polis maşınları Vannak meydanına aparan yolları bağlayıb, İranın təhlükəsizlik qüvvələri və Bəsic üzvləri ərazidə nəzarəti gücləndiriblər. Bir şahidin məlumatına görə, 3 nəfər polis tərəfindən saxlanılaraq aparılıb. Bu hadisə Iranin ali dini lideri Mahmud Əhmədinejatı prezident vəzifəsinə təsdiq etməsindən sonra baş verib. Qeyd etmək lazimdir ki bu seçkinin nəticəsi müxalifət kimi tanınan Musəvi və kərrubi kimiləri tərəfindən qanunsuz hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar