SON XƏBƏRLƏR

M.H.Musəvi işləncələrdən danışdı

2021.10.20, 07:36
M.H.Musəvi işləncələrdən danışdı

Gunaz.tv
"Orta əsr işgəncələrini xatırladan etiraflarla xalqı necə razı salacaqlar?" İranın ali dini lideri, ayətullah Əli Xamneyi 12 iyunda keçirilən prezident seçkisində qələbə qazanmış Mahmud Əhmədinejadın ikinci dəfə prezident seçildiyini rəsmi olaraq təsdiqləyib. Avqustun 5-də isə Əhmedinejad parlamentdə and içəcək. Andiçmədən sonrakı iki həftə ərzində Əhmədinejad parlamentə yeni hökumətun tərkibini təqdim etməlidir. Aralarında keçmiş prezident Haşimi Rəfsəncaninin də olduğu müxalifətçilər - Mirhüseyn Musəvi və Mehdi Kərrubi andiçmə mərasiminə qatılmayıblar. Bu arada iyulun 31-də İraqın şimalında İranla sərhəddə 3 amerikalı saxlanılıb. ABŞ Dövlət Departamentinin rəsmisi Megan Metsonun sözlərinə görə, Amerika hökumətinin qarşısında duran əsas vəzifə vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Dövlət Departamentinin sözçüsü Robert Vud isə bildirib ki, hazırda problemi həll etmək üçün bütün lazımi vasitələrdən istifadə edilir. Bundan əlavə, Türkiyə-İran sərhədində silahlı toqquşma olub. Belə ki, Türkiyənin Van şəhərinin Özalp bölgəsinin İranla həmsərhəd ərazisində naməlum səbəblərdən İran əsgərləri qarşı tərəfə atəş açıblar. Nəticədə 1-i uşaq olmaqla, iki nəfər öldürülüb. Hazırda insidentin səbəbləri araşdırılır. Eyni zamanda İran və Türkiyənin sərhədi boyunca 2011-ci ilin mart ayına kimi 162 polis bölməsi tikiləcək. Qərbi Azərbaycan Sərhəd Bölmələri komandiri, polkovnik Bəhruz Motalebinin bildirdiyinə görə, razılaşma Türkiyə Cümhuriyyətinin sərhəd bölmələrinin rəsmilərilə əldə edilib. Həmçinin gələn aydan etibarən bütün sərhəd boyunca gecə kameraları da yerləşdiriləcək. Bu arada Almaniyanın tikinti materialları istehsalçısı olan "Knauf Gips KG" şirkəti İrandakı işçilərinin bu ölkədə keçirilən etiraz aksiyalarında hər hansı formada iştirakını qadağan edib. Şirkət rəsmiləri İrandakı işçi heyətinə hakimiyyətə qarşı etiraz aksiyalarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaqları təqdirdə dərhal işdən çıxarılacaqları barədə xəbərdarlıq edib. Xatırladaq ki, bir qədər əvvəl "The Wall Street Journal" qəzetinin yaydığı məlumata görə, İrandakı etiraz aksiyalarında "Knauf" şirkətinin məsul vəzifəli əməkdaşı saxlanılmışdı. Bu arada Mirhüseyn Musəvi mühakimə olunan nümayişçilərin işgəncəyə məruz qaldığını bildirib. Onun internet saytında yerləşdirilən bəyanatda yüzə qədər nümayişçi və islahatçının mühakimə olunmasıyla bağlı deyilir: "Orta əsr işgəncələrini xatırladan etiraflarla xalqı necə razı salacaqlar?". Səlahiyyətli şəxslərin mühakimə olunanların düşmənlə əlaqələri olduğunu etiraf etdiklərini qeyd edən Musəvi seçkidən bu yana keçən 50 gün ərzində həmin şəxslərə işgəncə tətbiq olunduğunu vurğulayıb. Eyni zamanda o bu yaxınlarda ölkədə keçirilən prezident seçkilərinin nəticələrindən razı olmadığını bildirib və qeyd edib ki, seçkilərdən sonra ölkədə keçirilən etiraz aksiyalarında xarici dövlətlərin əli olmayıb. O qeyd edib ki, etirazlar əcnəbilərlə bağlı deyil, seçkilərdə əhalinin hüquqları pozulub.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar