SON XƏBƏRLƏR

“Amerikanın səsi” Güneylə bağlı proqram açır

2021.10.20, 07:36
“Amerikanın səsi” Güneylə bağlı proqram açır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Amerikanın səsi” radiostansiyasının Azərbaycan xidməti Iran (cənubi) Azərbaycanına həsr edilmiş “Haray” adlı yeni proqram açıb. 10 dəqiqəlik proqram hər çərşənbə axşamı efirə çıxacaq. Bu, artıq “Amerikanın səsi”nin Iran Azərbaycanına həsr edilmiş ikinci proqramıdır. Belə ki, şənbə günləri Azərbaycan xidmətinin efirində 10 dəqiqəlik “Iran Azərbaycanına pəncərə” adlı veriliş səslənir. “Amerikanın səsi”nin Azərbaycan xidmətinin verilişləri hər gün Bakı vaxtı ilə saat 22.30-da efirə çıxır. Onları Internetdə (httr://www.voanews.som/azerbaiyani/), qısa dalğalarda və peyk antennası ilə dinləmək olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar