SON XƏBƏRLƏR

RƏFSƏNCANİ ETİRAZ ƏLAMƏTİ OLARAQ ƏHMƏDİNEJADIN TƏSDİQLƏNMƏ MƏRASİMİNƏ GƏLMƏDİ

2021.10.20, 07:36
RƏFSƏNCANİ ETİRAZ ƏLAMƏTİ OLARAQ ƏHMƏDİNEJADIN TƏSDİQLƏNMƏ MƏRASİMİNƏ GƏLMƏDİ

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın ali ruhani rəhbəri Ayətüllah Xamneyi dünən avqust ayının 3-də Mahmud Əhmədinəjadı ikinci dəfə prezidənt vəzifəsinə seçilməsini rəsmən təsdiq edib. Çərşənbə günü parlament qarşısında andiçmədən sonra Mahmud Əhmədinejad rəsmi olaraq prezident vəzifəsinin icrasına başlayacaq. Təsdiqləmə mərasimində cənab Əhmədinejadın rəqibləri və sabiq prezident Haşimi Rəfsəncani iştirak etməyib. Şərhçilər bunu seçkilərin nəticələrinə açıq etiraz əlaməti kimi dəyərləndirir. Təhlilçilərə istinadən andiçmə mərasimindən sonra parlamentin təsdiqindən yeni hökumət üzvlərini keçirmək cənab Əhmədinejad üçün əsl sınağa çevrilə bilər. Beləki, millət vəkilləri arasında son olaylara dair birmənalı fikir yoxdur, və hökumətin təsdiqlənmə prosesi hazırda pərdə arxasında davam edən mübarizənin açıq formasına çevrilə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar