SON XƏBƏRLƏR

TÜRKİYƏNİN ƏLİNDƏ 40 NÜVƏ BOMBASI VAR . NATO bu sensasion iddianı təkzib etmir

2021.10.20, 07:36
TÜRKİYƏNİN ƏLİNDƏ 40 NÜVƏ BOMBASI VAR . NATO bu sensasion iddianı təkzib etmir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin musavata istinadən yaydığı məlumata görə, Bu ilə olan məlumatlara görə, Türkiyədə 90 nüvə başlığı var. Bunlardan 50-i ABŞ-a, qalanı isə Türkiyəyə məxsusdur. Amerika Alimləri Federasiyası və İtaliyanın Tərksilah üzrə Alimlər Birliyi tərəfindən yayılan məlumatda belə deyilir. İddiaya görə, nüvə başlıqları ABŞ-ın Türkiyədəki İncirlik aviabazasında saxlanılır. Onlar hələ «soyuq müharibə» dövründən bazada yerləşdirilib. NATO sözçüsü Ceyms Apaturay isə keçirdiyi mətbuat konfransında bu məlumatı təkzib etməyib. «Milliyət» qəzetinin yazdığına görə, o deyib ki, alyansın heç bir nüvə silahı yoxdur: «Belə silahlar NATO-ya üzv ölkələrə məxsusdur və onların harada yerləşdirildiyi haqda bu ölkələr açıqlama verməlidir». Beynəlxalq mənbələrdə yer alan məlumatlara görə, Türkiyədəki nüvə başlıqları taktiki nüvə silahları sinfinə daxildir. Həmin başlıqların 40-ı üzərində səlahiyyət sahibi Türkiyədir. «Soyuq müharibə» dövründə ABŞ İtaliya, Belçika, Almaniya və Hollandiya kimi ölkələrdə 200-dən çox nüvə başlığı yerləşdirib. Sonradan bu silahların bir hissəsi geri çəkilib. Lakin Türkiyədə hələ də 90 nüvə başlığı qalmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar