SON XƏBƏRLƏR

Iranda aksiyacıların mühakiməsi başlayib

2021.10.20, 07:36
Iranda aksiyacıların mühakiməsi başlayib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda 12 iyun 2009-ci il keçirilmiş prezident seçkilərinin nəticəsinə etiraz edənlərin mühakiməsi başlayıb. Aksiyacılar kütləvi iğtişaşların teşkil edilməsində ittiham olunurlar. İranın inqilab məhkəməsində keçirilən mühakimə prossesinə 100-dən artıq aksiya fəali cəlb olunub. İranda keçiriliş prezident seçkilərindən sonra Tehran və başqa böyük şəhərlərdə etiraz aksiyaları başlayib və hələdə siyasi gündəmdən çıxmayıb. Rəsmi məlumatlara görə 30-dan artıq insan zorakılığın qurbanı olub. Yüzlərlə insan bədən xəsarəti alıb və minlər aksiyacı tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar