SON XƏBƏRLƏR

“Bəsic” tərəfindən öldürülmüş növbəti qurban: dinc aksiyacı 22 yaşlı Mustafa Kiya Rüstəmi

2021.10.20, 07:36
 “Bəsic” tərəfindən öldürülmüş növbəti qurban: dinc aksiyacı 22 yaşlı Mustafa Kiya Rüstəmi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda son hadisələrdə ölənlərin siyahisi gündən günə artmaqdadır. iyulun 17-də Üləmalar Məclisinin rəhbəri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun sədri ayətüllah Haşimi Rəfsəncaninin rəhbərliyi ilə qılınan cümə namazından sonra düzənlənən dinc aksiyada 22 yaşlı gənc Mustafa Kiya Rüstəmi “Bəsic” könüllülərinin hücumuna məruz qalıb. Ardıcıl dəyənək zərbələrindən beyninə qan sızan Mustafa xəstəxanada keçinib. Aldığımız məlumatlara görə Mustafa yenicə ailə qurub. Onun meyiti anasına verilib ancaq öldürülmüş gəncə matəm mərasimi keçirilməməlidir. Bu şərt onun meyiti təhvil verilən zaman dövlət məmurları tərəfindən irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar