SON XƏBƏRLƏR

“Badam” kəndində çağrılmamış Kürdlər və yerli Türklər arasında yaşanan çəkişmə məhkəməlik oldu

2021.10.20, 07:36
“Badam” kəndində çağrılmamış Kürdlər və yerli Türklər arasında yaşanan çəkişmə məhkəməlik oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Badam” kəndi Qoşaçay və Soyuqbulaq şəhərləri arasında yerləşir. Bu kənd başqa qonşu kəndlərlə birlikdə uzun illərdir xususi ilə 1979-ci ildəki islam inqilabından sonra dəfələrlə Kürd terror qruplaşmalarının terror hücümlarına məruz qalıbdır. Bu terror basqısı nəticəsində kəndin Türk Əhalisinin böyük əksəriyəti öz kəndlərindən köçməli olublar. Güney Azərbaycanın bir çox bölgəsi kimi Kürd mühacirlərinin bu kəndə yerləşdirilməsi və bu şəkildə əhali balansının dəyişməsinə olunan cəhd, yerli Türklərlə gələn Kürdlər arasında zaman zaman çəkişmələrə səbəb olub. Keçən günlərdə kəndin Kürd kökönli MUXTARı , quraqlıqla bağlı verilən Krediti, Gübrə və Unu Kürdlərin xeyirinə olaraq kənd əhalisi içində paylayıb. Bu ədalətsizliyə dözməyən Türklər etiraz ediblər. bu ise Kürd və Türklər arasında kütləvi savaş_vuruşa səbəb olub. Çoxlu döyülənlər olub. Artıq bu məsələ ilə bağlı hüqüq orqanlarına müraciət olunub və hal hazırda məhkəmə araşdırmaları gedir.öyrenci

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar