SON XƏBƏRLƏR

molla rejimində ALLAHsızlıq əlamətləri. Nida Ağa Sultaninin qəbrinə qərənfil qoyan Cəfər Pənahi və Məhnaz Muhammədi həbs olundular

2021.10.20, 07:36
molla rejimində ALLAHsızlıq əlamətləri. Nida Ağa Sultaninin qəbrinə qərənfil qoyan Cəfər Pənahi və Məhnaz Muhammədi həbs olundular

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda seçkilərdən sonra öldürülən Nida Ağa Sultaninin qəbrinə qərənfil qoyan rejissor Cəfər Pənahi və həmkarı Məhnaz Muhammədi polis tərəfindən həbs edilib İranda seçkilərin nəticələrinə qarşı keçirilən etiraz aksiyasında vəfat edənlərin 40-cı gün mərasimində iki tanınmış rejissor həbs edilib. aksiyanın qarşısı alınarkən öldürülən Nida Ağa Sultaninin qəbrinə qərənfil qoyan rejissor Cəfər Pənahi və həmkarı Məhnaz Muhammədi polis tərəfindən saxlanılaraq həbs edilib. Polis həmçinin prezidentliyə namizəd Mir Hüseyn Musəvinin məzara yaxınlaşmasına izn verməyib və başqa bir namizəd Mehdi Kerrubinin çıxış etməsinə mane olub. Mərasim iştirakçıları, “Nida yaşayır, Əhməsinejat ölüdür!” şüarları səsləndirib. 40 mərasiminin bütün gün boyu qəbristanlıqda davam etdiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar