SON XƏBƏRLƏR

bir tərəfdə dəyənək və gözyaşardıcı qaz o biri tərəfdə “Xamneyiyə ölüm” , “Ya Hüseyn, Mirhüseyn”

2021.10.20, 07:36
bir tərəfdə dəyənək və gözyaşardıcı qaz o biri tərəfdə “Xamneyiyə ölüm” , “Ya Hüseyn, Mirhüseyn”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İyulun 30-da Tehranın Behişti-Zəhra qəbiristanlığına - seçki qurbanlarının qırxını qeyd etməyə gedən minlərlə vətəndaşın mərasimi dəyənək və gözyaşardıcı qazla dağıdılıb. Ancaq küçələrə axışanlar aksiyanı davam etdirib. 10 minə yaxın gənc aksiyaçı seçki qurbanlarının xatirəsinə şam yandırsalar da, hökumət qüvvələrinin və “Bəsic” könüllülərinin hücumuna məruz qalıb. Bununla dinc aksiya kəskin qarşıdurmaya çevrilib. Aksiyaçılar “Xamneyiyə ölüm”, “İstiqlal, azadlıq, İran Respublikası”, “Siyasi məhbuslara azadlıq”, “Riyakar hakimiyyətə ölüm”, “Ya Hüseyn, Mirhüseyn”, “Bu gün matəm günüdür, qeyrətli iranlı matəm sahibidir” şüarları səsləndirərək polisə müqavimət göstəriblər. Küçələrdəki zibil yeşikləri, eləcə də polisin bir motosikleti yandırılıb. Qarşıdurmada çoxlu aksiyaçının dəyənək zərbəsindən yaralandığı, onlarla şəxsin həbs edilərək bilinməz istiqamətə aparıldığı vurğulanır. “Bəsic” könüllülərindən birinin tapançadan açdığı atəş nəticəsində bir neçə nəfər güllə yarası alıb. Aksiyaların İsfahan, Rəşt, Əhvaz, Şiraz, Məşhəd, Ərak və daha bir neçə şəhərdə də keçirildiyi vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar