SON XƏBƏRLƏR

Ermənipərəst konqresmenlər Barak Obamaya məktub yazaraq Türklərdən şikayət ediblər

2021.10.20, 07:36
Ermənipərəst konqresmenlər Barak Obamaya məktub yazaraq Türklərdən şikayət ediblər

Gunaz.tv
ABŞ konqresinin Ermənistan məsələləri üzrə həmsədrləri Frenk Falone və Mark Kirk, həmçinin konqresmenlər Adam Şif və Corc Radanoviç ABŞ prezidenti Barak Obamaya məktub göndəriblər. Məktubda Türkiyənin Ermənistanla münasibətlərinin qeyri-şərtsiz yaxşılaşdırılması ilə bağlı üzərinə götürdüyü məsələnin həll etmədiyi vurğulanır. ANSPRESS-in Ermənistanın “Tert.am” saytına istinadən yaydığı məlumata görə, məktubda konqresmenlər Türkiyə hökumətinin Türkiyə-Ermənitan münasibətlərində imzaladığı “Yol xəritəsi” danışıqlarına uyğun addımlar atmadığı ilə bağlı öz narahatçılıqlarını bildiriblər. Onlar ermənilərin və Ermənistan hökumətinin bu ilin aprelin 24-də imzalanan sazişin bütün bəndlərinin “ləyaqətlə” yerinə yetirdiklərinin və qonşu Türkiyə ilə xoş münasibətləri bərpa etmək niyyətində olduqlarını vurğulayıblar. Məktubda Türkiyənin Ermənistanın bütün bu addımlarına qarşı heç bir müsbət addım atmadığını da bildiriblər. ABŞ erməni assambleyasının sədri Brayan Arduni bu təşəbbüsü bəyənərək, ermənilərin hər zaman Türkiyə ilə münasibətləri bərpa etmək niyyətində olduqlarınln və iki dövlət arasında mövcud olan tarixi problemlərin tezliklə çözülməsini istəyirlər. B.Arduninin sözlərinə görə, ABŞ konqressinin “erməni soyqırım” məsələsinin tanıması isə iki dövlət arasında aparılan danışıqlara qətiyyən aidiyyatı olmamalıdır.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar