SON XƏBƏRLƏR

HİLLARİ KLİNTON : rəsmi Tehran siyasi məhbusları azadlığa buraxmağa borcludur

2021.10.20, 07:36
HİLLARİ KLİNTON : rəsmi Tehran siyasi məhbusları azadlığa buraxmağa borcludur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton isə İran hakimiyyətini 12 iyun prezident seçkisindən sonra baş verən kütləvi iğtişaşlarla bağlı həbs edilənləri azadlığa buraxmağa çağırıb. Hillari Klinton Böyük Britaniyanın xarici işlər naziri Devid Milibandla keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi Tehran siyasi məhbusları azadlığa buraxmağa borcludur. Qeyd edək ki, İran rəhbərliyi saxlanılanlardan 140 nəfəri ötən gün sərbəst buraxıb. Lakin həbsdə hələ 150 nəfərin qaldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar